Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-280/2023 15.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Realme 6i” markalı mobil telefon üçün 571 manat, 21 mart 2020-ci il tarixli 20192081 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A20s” markalı mobil telefon üçün 397 manat, 05 dekabr 2019-cu il tarixli 01101083 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefon üçün 287 manat, 31 may 2019-cu il tarixli 00691868 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 75 manat borc və ödənilmiş 33.30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 24 aprel 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 30.60 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Realme 6i” markalı mobil telefonu 559.80 manata satın almışdır. 21 mart 2020-ci il tarixli 20192081 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 30.10 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A20s” markalı mobil telefonu 546.80 manata satın almışdır. 05 dekabr 2019-cu il tarixli 01101083 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 29 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefonu 522 manata satın almışdır. 31 may 2019-cu il tarixli 00691868 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 23 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 416 manata satın almışdır. Cavabdehin MMC-yə 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli “Müqavilə” üzrə 519.80 manat ödənilməmiş hissə və 51.20 manat cərimə borcu, 21 mart 2020-ci il tarixli 20192081 nömrəli “Müqavilə” üzrə 360.20 manat ödənilməmiş hissə və 36.80 manat cərimə borcu, 05 dekabr 2019cu il tarixli 01101083 nömrəli “Müqavilə” üzrə 261 manat ödənilməmiş hissə və 26 manat cərimə borcu, 31 may 2019-cu il tarixli 00691868 nömrəli “Müqavilə” üzrə 69 manat ödənilməmiş hissə və 6 manat cərimə borcu olmaqla, ümumilikdə 1330 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 832.60 manat təşkil edir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 30.60 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 559.80 manat olan “Realme 6i” markalı mobil telefonu satın almış və 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********22351 “Realme 6i 3/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Rahib tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 21 mart 2020-ci il tarixli 20192081 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21 mart 2020-ci il tarixli 20192081 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 30.10 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 546.80 manat olan 1 ədəd “Samsung Galaxy A20s” markalı mobil telefonnı satın almış və 21 mart 2020-ci il tarixli 20192081 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********98811 olan “Samsung Galaxy A20s DS (SM-A207)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 05 dekabr 2019-cu il tarixli 01101083 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05 dekabr 2019-cu il tarixli 01101083 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 29 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 522 manat olan 1 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefonnı satın almış və 05 dekabr 2019-cu il tarixli 01101083 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********62578 olan “Xiaomi Redmi 8 3/32GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 31 may 2019-cu il tarixli 00691868nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 31 may 2019-cu il tarixli 00691868 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 23 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 416 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonnı satın almış və 31 may 2019-cu il tarixli 00691868 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********91624 olan "xxxx" markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 02 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Realme 6i” markalı mobil telefon üçün 519.80 manat ödənilməmiş hissə və 51.20 manat cərimə borcu, 21 mart 2020-ci il tarixli 20192081 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A20s” markalı mobil telefon üçün 360.20 manat ödənilməmiş hissə və 36.80 manat cərimə borcu, 05 dekabr 2019-cu il tarixli 01101083 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefon üçün 261 manat ödənilməmiş hissə və 26 manat cərimə borcu və 31 may 2019-cu il tarixli 00691868 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 69 manat ödənilməmiş hissə və 6 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1330 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 03 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 33.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli müqaviləyə əsasən 1 ədəd “Realme 6i” markalı mobil telefonu 559.80 manata, 21 mart 2020-ci il tarixli 20192081 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A20s” markalı mobil telefonu 546.80 manata, 05 dekabr 2019-cu il tarixli 01101083 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefonu 522 manata və 31 may 2019-cu il tarixli 00691868 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 416 manata satın almışdır. Cavabdehin MMC-yə 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli “Müqavilə” üzrə 519.80 manat ödənilməmiş hissə və 51.20 manat cərimə borcu, 21 mart 2020-ci il tarixli 20192081 nömrəli “Müqavilə” üzrə 360.20 manat ödənilməmiş hissə və 36.80 manat cərimə borcu, 05 dekabr 2019-cu il tarixli 01101083 “Müqavilə” üzrə 287 manat ödənilməmiş hissə və 26 manat cərimə borcu, 31 may 2019-cu il tarixli 00691868 nömrəli “Müqavilə” üzrə 69 manat ödənilməmiş hissə və 6 manat cərimə borcu olmaqla, ümumilikdə 1330 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 832.60 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli müqaviləyə əsasən 1 ədəd “Realme 6i” markalı mobil telefon üçün 571 manat, 21 mart 2020-ci il tarixli 20192081 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy ” markalı mobil telefon üçün 397 manat, 05 dekabr 2019-cu il tarixli 01101083 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefon üçün 287 manat və 31 may 2019-cu il tarixli 00691868 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 75 manat olmaqla, cəmi 1330 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli, 21 mart 2020-ci il tarixli 20192081 nömrəli, 05 dekabr 2019-cu il tarixli 01101083 nömrəli və 31 may 2019-cu il tarixli 00691868 nömrəli müqavilələr üzrə hesablanmış 120 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli , 21 mart 2020-ci il tarixli 20192081 nömrəli, 05 dekabr 2019-cu il tarixli 01101083 nömrəli və 31 may 2019cu il tarixli 00691868 nömrəli müqavilələr üzrə ümumilikdə 1212 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 33.30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16 avqust 2020-ci il tarixli 21080373 nömrəli , 21 mart 2020-ci il tarixli 20192081 nömrəli, 05 dekabr 2019-cu il tarixli 01101083 nömrəli və 31 may 2019-cu il tarixli 00691868 nömrəli müqavilələr üzrə 1212 manat borcun və ödənilmiş 33.20 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-280/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-280/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver