Məhkəmə qərarları › İş №2(030)-285/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-285/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-285/2023 02.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə X2 üçün 101 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 111 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia icraatına keçirilmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən X1 almış və nəticədə 111 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 636 manat olan X1 üçün ümumilikdə 111 manat olmaqla, ondan 101 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 535 manat təşkil edir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 00718849 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00718849 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 53 manat ödəməklə 12 ay müddətinə alqısatqı qiyməti 636 manat olan 1 ədəd Hoffmann Led 40E3400 markalı televizor satın almış və kodu 1870340M-00844 olan Hoffmann Led televizor Cavabdeh təhvil verilmiş, Sadıqov Hürü tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 02 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 iyun 2019-cu il tarixli 00718849 nömrəli “Müqaviləsi” üzrə 02 mart 2023-cü il tarixə ,101 manat əsas və 10 manat faiz borcu olmaqla, cəmi 111 manat məbləğində kredit borcu yaranmışdır. AR MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 00718849 nömrəli “Müqaviləsi” üzrə 101 manat əsas və 10 manat faiz borcu olmaqla, cəmi 111 manat kredit borcu alınıb İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tuutlub iddiaçıya ödəniılməlidir.. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00718849 nömrəli “Müqaviləsi” üzrə 101 manat əsas, 10 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 141 (yüz qırx bir) manat məbləğində pul alınıb İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar