Məhkəmə qərarları › İş №2(030)-288/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-288/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-288/2023 16.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 dekabr 2019-cu tarixli 01119746 nömrəli “Müqaviləyə” əsasən “Alyans” markalı çarpayı,dolab,termo,tumba və “Uretan” markalı döşək üçün 1610 manat borc və ödənilmiş 36.10 manat dövlət rüsumu olmaqla, cəmi 1646.10 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 27 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu tarixli 01119746 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 118 manat ödəməklə 24 ay müddətinə 1 ədəd “Alyans” markalı çarpayı,dolab,termo,tumba və “Uretan” markalı döşəyi 2849 manata satın almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1385 manat təşkil edir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 12 dekabr 2019-cu tarixli 01119746 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 01119746 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 118 manat ödəməklə 24 ay müddətinə alqı-satqı qiyməti 2849 manat olan 1 ədəd “Alyans” markalı çarpayı,dolab,termo,tumba və “Uretan” markalı döşək satın almış və “Alyans Verona” markalı çarpayı,dolab,termo,tumba və “Uretan 160x200sm” markalı döşək Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 13 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 dekabr 2019-cu il tarixli 01119746 nömrəli “Müqaviləyə” əsasən “Alyans” markalı çarpayı,dolab,termo,tumba və “Uretan” markalı döşək üçün 1464 manat ödənilməmiş hissə və 146 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 14 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 36.10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 12 dekabr 2019-cu il tarixli 01119746 nömrəli müqaviləyə əsasən “Alyans” markalı çarpayı,dolab,termo,tumba və “Uretan” markalı döşəyi 2849 manata satın almışdır. Cavabdeh tərəfindən 1385 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 12 dekabr 2019-cu il tarixli 01119746 nömrəli “Müqavilə” üzrə 1464 manat ödənilməmiş hissə və 146 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 12 dekabr 2019-cu il tarixli 01119746 nömrəli üzrə hesablanmış 146 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 dekabr 2019-cu il tarixli 01119746 nömrəli müqaviləyə əsasən “Alyans” markalı markalı çarpayı,dolab,termo,tumba və “Uretan” markalı döşək üçün 1466 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 36.10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 dekabr 2019-cu il tarixli 01119746 nömrəli müqaviləyə əsasən “Alyans” markalı markalı çarpayı,dolab,termo,tumba və “Uretan” markalı döşək üçün 1466 manat borcu və ödənilmiş 36.10 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar