Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-290/2023 15.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) cavabdeh X5 qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 04 fevral 2020-ci tarixli 20079156 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A10” markalı mobil telefon üçün 253 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 283 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, X5 iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cabbarova Sevda 25 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 04 fevral 2020-ci tarixli 20079156 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 37 manat ödəməklə 12 ay müddətinə “Samsung Galaxy A10” markalı mobil telefonu 444 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 214 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 04 fevral 2020-ci tarixli 20079156 nömrəli “Müqavilə” üzrə 230 manat ödənilməmiş hissə və 23 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 04 fevral 2020-ci tarixli 20079156nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 04 fevral 2020-ci tarixli 20079156 nömrəli “Müqavilə”yə əsasən “Samsung Galaxy A10” markalı mobil telefonu satın almış, 04 fevral 2020-ci tarixli 20079156 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********61258 olan “Samsung Galaxy A10 (SM-A105)” markalı mobil telefon X5 təhvil verilmiş, Cabbarova Sevda tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 07 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, X4 04 fevral 2020-ci il tarixli 20079156 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A10” markalı mobil telefon üçün 230 manat ödənilməmiş hissə və 23 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 09 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə X6 arasında 04 fevral 2020-ci il tarixli 20079156 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı mobil telefonu 444 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 214 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 04 fevral 2020-ci il tarixli 20079156 nömrəli üzrə hesablanmış 23 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 04 fevral 2020-ci il tarixli 20079156 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı mobil telefon üçün 232 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 04 fevral 2020-ci il tarixli 20079156 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı mobil telefon üçün 232 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-290/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-290/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver