Məhkəmə qərarları › İş №2(030)-295/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-295/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-295/2024 23.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən birgə nikadan anadan olmuş 22 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 12 avqust 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 08 dekabr 2005-ci ildə Rəfiqə və 22 yanvar 2010-cu ildə Ramal adlı iki uşaqları doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən aralarındakı nikaha xitam verilmiş və hər uşağa 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment tutulub ona ödəniməsi qət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli 2(030) – 409/2016 saylı qətnaməsinə əsasən, alimentin miqdarı artılaraq hər uşağa 70 manat olmaqla, cəmi 140 manat məbləğində aliment tutulub ona ödəniməsi qət edilmişdir. Onun iddiasına əsasən Daşkəsən Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli 2(030)– 621/2017 saylı qətnaməsinə əsasən, alimentin miqdarı artılaraq hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulub ona ödəniməsi qət edilmişdir. Halhazırda qızı 08 dekabr 2005-ci ildə doğulmuş X2 yetkinlik hyaşına çatdığı üçün aliment dayandırılmışdır. Oğlu 22 yanvar 2010-cu il təvəllüdlü X3 nitq qüsurlu olduğu üçün əlavə müalicəyə ehtiyacı vardır. Təyin edilmiş aliment uşağın maddi tələbatını ödəmir. Cavabdeh isə alimentdən başqa uşağın saxlanılması üçün heç bir köməlik göstərmir. O, isə günün tələblərinə uyğun olaraq uşağın maddi tələbatını ödəyə bilmir. Ona görə də, məhkəmədən alimentin miqdarının artırılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, heç bir yerdə işləmir. Təyin edilmiş alimenti ödəməkdə çətinlik çəkir. Hazırda başqa qadınla ailə qurmuşdur və həmin nikahdan 2 uşağı vardır. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən alimentin əvvəlki məbləğdə saxalnılmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22 yanvar 2010-cu ildə Neftçala rayonu Xallı qəsəbəsində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Neftçala rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 04 fevral 2010-cu il tarixdə 23 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli 2(030)– 621/2017 saylı qətnaməsinin surətindən görünür ki, alimentin miqdarının artırılması tələbinə dair iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahından - xx.xx.2005-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğdə aliment tutularaq İddiaçı verilməsi, miqdarı dəyişdirilmiş alimentin həmin qaydada tutulmasının hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-409/2016 saylı 06 iyun 2016-cı il tarixli icra sənədi üzrə icra icraatına həmin tarixdən xitam verilməsi, aliment tələbi üzrə Cavabdeh 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 23 fevral 2024-cü il tarixli MŞG/MT007/2024-00350 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 23 fevral 2024cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşə əlavə olunmuş 23 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci tam ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ilə 12 avqust 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 08 dekabr 2005-ci ildə X2 və 22 yanvar 2010-cu ildə X3 doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikaha xitam verilmiş, uşaqlar iddiaçının himayəsinə verilmiş və uşaqalrın maddi tələbatı üçün aliment təyin edilmişdir. İddiaçının iddia tələbinə əsasən Daşkəsən rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli 2(030)–621/2017 saylı qətnaməsi ilə 08 dekabr 2005-ci ildə anadan olmuş X2 və 22 yanvar 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğdə aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 08 dekabr 2005-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatdığı üçün ona təyin eidlmiş aliment dayandırlmışdır. Hazırda İddiaçı 22 yanvar 2010-cu ildə anadan olmuş X1 maddi təminatı üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 235 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2017-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağının saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 235 manat məbləğində təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Şərh olunanları, habelə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 22 yanvar 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin mediasiya məbləğinin ödənilməsinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 23 fevral 2024-cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 55 manat ilkin mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin Daşkəsən rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli 2(030)–621/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. 22 yanvar 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar