Məhkəmə qərarları › İş №2(030)-296/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-296/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-296/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 iyun 2020-ci tarixli 20340297 nömrəli “Müqaviləyə” əsasən “Xiaomi Redmi 8” markalı mobil telefon üçün 120 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 150 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 03 may 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2020-ci tarixli 20340297 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 25 manat ödəməklə 20 ay müddətinə “Xiaomi Redmi 8” markalı mobil telefonu 500 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 390.30 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 10 iyun 2020-ci tarixli 20340297 nömrəli “Müqavilə” üzrə 109.70 manat ödənilməmiş hissə və 10.30 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 10 iyun 2020-ci tarixli 20340297 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2020-ci tarixli 20340297 nömrəli “Müqavilə”yə əsasən “Xiaomi Redmi 8” markalı mobil telefonu satın almış, 10 iyun 2020-ci tarixli 20340297 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********75884 olan “Xiaomi Redmi 8 4/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 22 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 iyun 2020-ci il tarixli 20340297 nömrəli “Müqaviləyə” əsasən “Xiaomi Redmi 8” markalı mobil telefon üçün 109.70 manat ödənilməmiş hissə və 10.30 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 23 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 10 iyun 2020-ci il tarixli 20340297 nömrəli müqaviləyə əsasən “Xiaomi Redmi 8” markalı mobil telefonu 500 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 390.30 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 10 iyun 2020-ci il tarixli 20340297 nömrəli üzrə hesablanmış 10.30 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10 iyun 2020-ci il tarixli 20340297 nömrəli müqaviləyə əsasən “Xiaomi Redmi 8” markalı mobil telefon üçün 110.70 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 iyun 2020-ci il tarixli 20340297 nömrəli müqaviləyə əsasən “Xiaomi Redmi 8” markalı mobil telefon üçün 110.70 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar