Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-297/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “LG” markalı paltaryuyan üçün 1010.80 manat, 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A11” markalı mobil telefon üçün 453.60 manat, 26 may 2020-ci il tarixli 20309899 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 83.60 manat borc və ödənilmiş 35.93 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 02 may 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 51.10 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “LG” markalı paltaryuyanı 919.80 manata satın almışdır. 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 37.80 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A11” markalı mobil telefonu 453.60 manata satın almışdır. 26 may 2020-ci il tarixli 20309899 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 15.20 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 212.40 manata satın almışdır. Cavabdehin MMC-yə 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli “Müqavilə” üzrə 919.80 manat ödənilməmiş hissə və 91 manat cərimə borcu, 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli “Müqavilə” üzrə 453.60 manat ödənilməmiş hissə və 45 manat cərimə borcu, 26 may 2020-ci il tarixli 20309899 nömrəli “Müqavilə” üzrə 75.90 manat ödənilməmiş hissə və 7.7 manat cərimə borcu olmaqla, ümumilikdə 1593 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 136.50 manat təşkil edir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 51.10 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 919.80 manat olan “LG” markalı paltaryuyanı satın almış və 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli müqaviləyə əsasən 1 ədəd “LG F12M7NDS1 Ağ” markalı paltayuyanı Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh oğlu arasında 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 37.80 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 453.60 manat olan 1 ədəd “Samsung Galaxy A11” markalı mobil telefonu satın almış və 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********67831 olan “Samsung Galaxy A11 (SM-A115)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 26 may 2020-ci il tarixli 20309899 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26 may 2020-ci il tarixli 20309899 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 15.20 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 212.40 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonnı satın almış və 26 may 2020-ci il tarixli 20309899 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********08207 olan “Nokia 3310 DS” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “LG” markalı paltayuyan üçün 919.80 manat ödənilməmiş hissə və 91 manat cərimə borcu, 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A11” markalı mobil telefon üçün 453.60 manat ödənilməmiş hissə və 45 manat cərimə borcu, 26 may 2020-ci il tarixli 20309899 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 75.90 manat ödənilməmiş hissə və 7.7 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1593 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 22 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 35.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli müqaviləyə əsasən 1 ədəd “LG” markalı paltaryuyanı 919.80 manata, 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A11” markalı mobil telefonu 453.60 manata, 26 may 2020-ci il tarixli 20309899 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 212.40 manata satın almışdır. Cavabdehin MMC-yə 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli “Müqavilə” üzrə 919.80 manat ödənilməmiş hissə və 91 manat cərimə borcu, 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli “Müqavilə” üzrə 453.60 manat ödənilməmiş hissə və 45 manat cərimə borcu, 26 may 2020-ci il tarixli 20309899 “Müqavilə” üzrə 75.90 manat ödənilməmiş hissə və 7.70 manat cərimə borcu olmaqla, ümumilikdə 1593 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 913 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli, 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli, 26 may 2020-ci il tarixli 20309899 nömrəli müqavilələr üzrə hesablanmış 143.70 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli , 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli, 26 may 2020-ci il tarixli 20309899 nömrəli müqavilələr üzrə ümumilikdə 1451.3 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 35.93 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17 noyabr 2020-ci il tarixli 22053989 nömrəli , 17 noyabr 2020-ci il tarixli 22054041 nömrəli, 26 may 2020-ci il tarixli 20309899 nömrəli müqavilələr üzrə 1451.30 manat borcun və ödənilmiş 35.93 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-297/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-297/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver