Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-298/2023 30.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********93961 olan “Xiaomi Redmi 8” markalı mobil telefon üçün 211 manat və 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********58090 olan "xxxx" markalı mobil telefon üçün 339 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 12 may 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 44 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefonu 528 manata satın almışdır. 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 42.30 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 507.60 manata satın almışdır. Cavabdehin MMC-yə 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli “Müqavilə” üzrə 192 manat ödənilməmiş hissə, 19 manat cərimə borcu və 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli “Müqavilə” üzrə 308.40 manat ödənilməmiş hissə və 30.60 manat cərimə borcu olmaqla, ümumilikdə 550 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 44 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 528 manat olan “Xiaomi Redmi 8” markalı mobil telefonu satın almış və 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********93961 “Xiaomi Redmi 8 4/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 42.30 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 507.60 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********58090 olan “Samsung Galaxy A11 (SM-A115)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefon üçün 192 manat ödənilməmiş hissə və 19 manat cərimə borcu, 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 308.40 manat ödənilməmiş hissə və 30.60 manat cərimə borcu olmaqla, ümumilikdə isə 550 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 22 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefonu 528 manata və 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 507.60 manata satın almışdır. Cavabdehin MMC-yə 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli “Müqavilə” üzrə 192 manat ödənilməmiş hissə və 19 manat cərimə borcu, 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli “Müqavilə” üzrə 308.40 manat ödənilməmiş hissə və 30.60 manat cərimə borcu olmaqla, ümumilikdə 550 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 535.20 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefon üçün 211 manat, 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 339 manat olmaqla, cəmi 550 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli və 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli müqavilələr üzrə hesablanmış 49.60 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli və 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli müqavilələr üzrə ümumilikdə 502.40 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 iyun 2020-ci il tarixli 20325109 nömrəli və 01 sentyabr 2020-ci il tarixli 21131956 nömrəli müqavilələr üzrə 502.40 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-298/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-298/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver