Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-299/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) cavabdeh X5 qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X8 9” markalı mobil telefon, “Redmi” markalı powerbank və aksesuar üçün 836.60 manat və 20 mart 2020-ci il tarixli 20189670 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 316.40 manat borc və ödənilmiş 31.53 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, X5 iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Heydərov Rüfət 02 may 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 44.80 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “X8 9” markalı mobil telefon “X8 9” markalı mobil telefon, “Redmi” markalı powerbank və aksesuarı 881.40 manata satın almışdır. 20 mart 2020-ci il tarixli 20189670 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 41.50 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 503 manata satın almışdır. Cavabdehin MMC-yə 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli “Müqavilə” üzrə 760.60 manat ödənilməmiş hissə, 76 manat cərimə borcu və 20 mart 2020-ci il tarixli 20189670 nömrəli “Müqavilə” üzrə 288 manat ödənilməmiş hissə və 28.40 manat cərimə borcu olmaqla, ümumilikdə 1153 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 44.80 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 881.40 manat olan “X8 9” markalı mobil telefon, “Redmi” markalı powerbank və aksesuarı satın almış və 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********90311 olan “X8 9 4GB/128GB” markalı mobil telefon, “Mİ 3 TYPE-C 20000 Mah VXN4258CN” markalı powerbank və “X9 Redmi Note 9 Black” markalı aksesuar X5 təhvil verilmiş, Heydərov Rüfət tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 20 mart 2020-ci il tarixli 20189670 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X6 arasında 20 mart 2020-ci il tarixli 20189670 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 41.50 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 503 manat olan 1 ədəd "xxxx" markalı mobil telefon satın almış və 20 mart 2020-ci il tarixli 20189670 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********53865 olan “Samsung Galaxy A20s DS (SM-A207) ” markalı mobil telefon X5 təhvil verilmiş, Heydərov Rüfət tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 16 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, X4 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd ““X8 9” markalı mobil telefon, “Redmi” markalı powerbank və aksesuarı üçün 760.60 manat ödənilməmiş hissə və 76 manat cərimə borcu, 20 mart 2020-ci il tarixli 20189670 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 288 manat ödənilməmiş hissə və 28.40 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1153 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 17 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 31.53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə X6 arasında 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli müqaviləyə əsasən 1 ədəd “X8 9” markalı mobil telefon, “Redmi” markalı powerbank və aksesuarı 881.40 manata və 20 mart 2020-ci il tarixli 20189670 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 503 manata satın almışdır. Cavabdehin MMC-yə 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli “Müqavilə” üzrə 760.60 manat ödənilməmiş hissə və 76 manat cərimə borcu və 20 mart 2020-ci il tarixli 20189670 nömrəli “Müqavilə” üzrə 288 manat ödənilməmiş hissə və 28.40 manat cərimə borcu olmaqla, ümumilikdə 1153 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 335.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli müqaviləyə əsasən 1 ədəd “X8 9” markalı mobil telefon, “Redmi” markalı powerbank və aksesuarı üçün 836.60 manat, 20 mart 2020-ci il tarixli 20189670 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 316.40 manat olmaqla, cəmi 1153 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli və 20 mart 2020-ci il tarixli 20189670 nömrəli müqavilələr üzrə hesablanmış 104.40 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli və 20 mart 2020-ci il tarixli 20189670 nömrəli müqavilələr üzrə ümumilikdə 1050.60 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 31.53 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 11 avqust 2020-ci il tarixli 21066787 nömrəli və 20 mart 2020-ci il tarixli 20189670 nömrəli müqavilələr üzrə 1050.60 manat borcun və ödənilmiş 31.53 manat dövlət rüsumunun tutularaq "xxxx" X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-299/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-299/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver