Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-300/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddid ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 iyun 2020-ci tarixli 20327428 nömrəli “Müqaviləyə” əsasən “X3 8” markalı mobil telefon üçün 466 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 496 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 03 may 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2020-ci tarixli 20327428 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 40.80 manat ödəməklə 18 ay müddətinə “X3 8” markalı mobil telefonu 809.40 manata satın almışdır. Cавабдещ tərəfindən 385.80 manat mənləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 03 iyun 2020-ci tarixli 20327428 nömrəli “Müqavilə” üzrə 423.60 manat ödənilməmiş hissə və 42.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 03 iyun 2020-ci tarixli 20327428 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2020-ci tarixli 20327428 nömrəli “Müqavilə”yə əsasən “X3 8” markalı mobil telefonu satın almış, 03 iyun 2020-ci tarixli 20327428 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********39567 olan “X3 8 4/128 GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 iyun 2020-ci il tarixli 20327428 nömrəli “Müqaviləyə” əsasən “X3 8” markalı mobil telefon üçün 423.60 manat ödənilməmiş hissə və 42.40 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 22 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki sübütların məzmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 03 iyun 2020-ci il tarixli 20327428 nömrəli müqaviləyə əsasən “X3 8” markalı mobil telefonu 809.40 manata satın almışdır. Cавабдещ tərəfindən 385.80 manat ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ciağır maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyünü nəzərə 03 iyun 2020-ci il tarixli 20327428 nömrəli üzrə hesablanmış 42.40 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 iyun 2020-ci il tarixli 20327428 nömrəli müqaviləyə əsasən “X3 8” markalı mobil telefon üçün 425.60 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 iyun 2020-ci il tarixli 20327428 nömrəli müqaviləyə əsasən “X3 8” markalı mobil telefon üçün 425.60 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun тутулараг "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-300/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-300/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver