Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-301/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 22 may 2023-cü il İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 156 manat və 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 8” markalı mobil telefon üçün 242.40 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 03 may 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 20.50 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefonu 369 manata satın almışdır. 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 47.20 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X3 8” markalı mobil telefonu 581.40 manata satın almışdır. Cavabdehin MMCyə 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli “Müqavilə” üzrə 142 manat ödənilməmiş hissə, 14 manat cərimə borcu və 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli “Müqavilə” üzrə 242.40 manat ödənilməmiş hissə və 24.60 manat cərimə borcu olmaqla, ümumilikdə 423 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2020ciil tarixli 22166755 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 20.50 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 369 manat olan “Samsung Galaxy A10s” markalı mobil telefonu satın almış və 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********55458 “Samsung Galaxy A10s DS (SM- A107)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 47.20 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 581.40 manat olan 1 ədəd “X3 8” markalı mobil telefonnı satın almış və 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********32061 olan “X3 8 4/64GB” markalı mobil telefon oğluna təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 142 manat ödənilməmiş hissə və 14 manat cərimə borcu, 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 8” markalı mobil telefon üçün 242.40 manat ödənilməmiş hissə və 24.60 manat cərimə borcu olmaqla, ümumilikdə isə 423 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 22 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məzmusuna hüuquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefonu 369 manata və 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 8” markalı mobil telefonu 581.40 manata satın almışdır. Cavabdehin MMC-yə 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli “Müqavilə” üzrə 142 manat ödənilməmiş hissə və 14 manat cərimə borcu və 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli “Müqavilə” üzrə 242.40 manat ödənilməmiş hissə və 24.60 manat cərimə borcu olmaqla, ümumilikdə 423 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 566 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iш цзря тяряфин тягдим етдийи сянядлярə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 156 manat, 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 8” markalı mobil telefon üçün 267 manat olmaqla, cəmi 423 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyünü nəzərə 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli və 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli müqavilələr üzrə hesablanmış 38.60 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli və 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli müqavilələr üzrə ümumilikdə 385.40 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 dekabr 2020-ci il tarixli 22166755 nömrəli və 05 iyul 2020-ci il tarixli 21005691 nömrəli müqavilələr üzrə 385.40 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-301/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-301/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver