Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-304/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 10 avqust 2022-ci il tarixli RGKT6155628A128 saylı kredit müqaviləsi üzrə 2660.72 manat əsas, 399..34 manat faiz borcu olmaqla, cəmi 3060.06 manat kredit borcu və ödənilmiş 50.60 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 03 may 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli RGKT6155628A128 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 2660.72 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 2660.72 manat əsas, 399.34 manat faiz borcu olmaqla, cəmi 3060.06 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İşə əlavə edilmiş 10 avqust 2022-ci il tarixli RGKT6155628A128 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli RGKT6155628A128 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 20% olmaqla 36 ay müddətinə 2660.72 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 03 aprel 2023-cü il tarixli 15/1907 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 31 mart 2023-cü il tarixə 660.72 manat əsas, 399.34 manat faiz borcu olmaqla, cəmi 3060.06 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 03 aprel 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən ki, "xxxx" ASC tərəfindən 50.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli RGKT6155628A128 saylı “Kredit müqaviləsi” ilə sonuncuya illik 20 % olmaqla 36 ay müddətinə 2660.72 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 2660.72 manat əsas, 399.34 manat faiz borcu olmaqla, cəmi 3060.06 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli RGKT6155628A128 saylı kredit müqaviləsi üzrə cəmi 3060.06 manat məbləğ tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 50.60 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1,216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10 avqust 2022-ci il tarixli RGKT6155628A128 saylı kredit müqaviləsi üzrə 3060.06 manat məbləğində vəsait və ödənilmiş 50.60 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-304/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-304/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver