Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-308/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A01” markalı mobil telefon üçün 129 manat və 30 avqust 2020ci il tarixli 21124821 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mikser üçün 252 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 03 may 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 22 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A01” markalı mobil telefonu 323.60 manata satın almışdır. 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 16.80 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mikseri 201.60 manata satın almışdır. Cavabdehin MMC-yə 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli “Müqavilə” üzrə 117.40 manat ödənilməmiş hissə, 11.60 manat cərimə borcu və 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli “Müqavilə” üzrə 111.20 manat ödənilməmiş hissə və 11.80 manat cərimə borcu olmaqla, ümumilikdə 252 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2020ci il tarixli 21124622 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 22 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 323.60 manat olan “Samsung Galaxy A01” markalı mobil telefonu satın almış və 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********77686 “Samsung Galaxy A01 DS (SM-A015)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 16.80 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 201.60 manat olan 1 ədəd "xxxx" markalı mikser satın almış və 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli müqaviləyə əsasən 1 ədəd “Philips HR3745/00” markalı mikser Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 27 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A01” markalı mobil telefon üçün 117.40 manat ödənilməmiş hissə və 11.60 manat cərimə borcu, 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mikser üçün 111.20 manat ödənilməmiş hissə və 11.80 manat cərimə borcu olmaqla, ümumilikdə isə 252 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 28 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A01” markalı mobil telefonu 323.60 manata və 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mikseri 201.60 manata satın almışdır. Cavabdehin MMC-yə 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli “Müqavilə” üzrə 117.40 manat ödənilməmiş hissə və 11.60 manat cərimə borcu və 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli “Müqavilə” üzrə 111.20 manat ödənilməmiş hissə və 11.80 manat cərimə borcu olmaqla, ümumilikdə 252 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 296.60 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A01” markalı mobil telefon üçün 129 manat, 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mikser üçün 123 manat olmaqla, cəmi 252 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli və 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli müqavilələr üzrə hesablanmış 23.40 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli və 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli müqavilələr üzrə ümumilikdə 229.60 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30 avqust 2020-ci il tarixli 21124622 nömrəli və 30 avqust 2020-ci il tarixli 21124821 nömrəli müqavilələr üzrə 229.60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-308/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-308/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver