Məhkəmə qərarları › İş №2(030)-312/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-312/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-312/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 noyabr 2020-ci tarixli 22064790 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A31” markalı mobil telefon üçün 685 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 715 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 03 may 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2020-ci tarixli 22064790 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 56.60 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A31” markalı mobil telefonu 754.20 manata satın almışdır. Cavabdeh tərəfindən 132 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 23 noyabr 2020-ci tarixli 22064790 nömrəli “Müqavilə” üzrə 622.20 manat ödənilməmiş hissə və 62.80 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 23 noyabr 2020-ci tarixli 22064790 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2020-ci il tarixli 22064790 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 56.60 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 754.20 manat olan 1 ədəd “Samsung Galaxy A31” markalı mobil telefonu satın almış və 1 ədəd İMEİ kodu **********58413 olan “Samsung Galaxy A31 DS (SM- A315) 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 23 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23 noyabr 2020-ci il tarixli 22064790 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A31” markalı mobil telefon üçün 622.20 manat ödənilməmiş hissə və 62.80 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 24 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 23 noyabr 2020-ci il tarixli 22064790 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A31” markalı mobil telefonu 754.20 manata satın almışdır. Cavabdeh tərəfindən 132 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 23 noyabr 2020-ci il tarixli 22064790 nömrəli “Müqavilə” üzrə 622.20 manat ödənilməmiş hissə və 62.80 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 23 noyabr 2020-ci il tarixli 22064790 nömrəli üzrə hesablanmış 62.80 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 noyabr 2020-ci il tarixli 22064790 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A31” markalı mobil telefon üçün 624.20 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385- 1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23 noyabr 2020-ci il tarixli 22064790 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A31” markalı mobil telefon üçün 624.20 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar