Məhkəmə qərarları › İş №2(030)-312/2025

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-312/2025

21.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-312/2025 21.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh Daşkəsən rayon Polis şöbəsinə qarşı TR ******* saylı İnzibati Tənbeh vermə haqqında qərar vasitəsi ilə qəbul edilmiş 400 manat cərimə qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşkəsən rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, TR ******* saylı İnzibati Tənbeh vermə haqqında qərar vasitəsi ilə qəbul edilmiş 400 manat cərimə qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, ərizə icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Daşkəsən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrində nəzərədə tutulmuş inzibati xəta törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş və qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Qanunun tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Bayramov X2 Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarından mülki mühakimə icraatı qaydasında deyil, inzibati xəta haqqında qərardan məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarlardan mülki mühakimə icraatı qaydasında şikayət verilə, belə işlərə məhkəmələrdə mülki-mühakimə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinin tələblərinə görə isə, əgər verilmiş iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə, həmin ərizənin iddianın yolverilməzliyi əsası ilə qəbulundan imtina olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh Daşkəsən rayon Polis şöbəsinə qarşı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: imza Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar