Məhkəmə qərarları › İş №2(030)-315/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-315/2023

31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-315/2023 31.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 sentyabr 2010-cu ildə anadan olmuş X1 və 23 avqust 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün təyin edilmiş alimentin miqdarının artıqılaraq hər ay Cavabdeh hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdiyi üçün məhkləmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdehilə birgə nikahlarından 03 sentyabr 2010-cu ildə X6 və 23 avqust 2012-ci ildə X8 anadan olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli 2(030)-71/2017 saylı qətnaməsinə əsasən 03 sentyabr 2010-cu ildə anadan olmuş X6 və 23 avqust 2012-ci ildə anadan olmuş X3 maddi təminatı üçün hər ay Cavabdeh hər uşağa 70 manat olmaqla, cəmi 140 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş, Daşkəsən Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(030)-53/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmış 03 sentyabr 2010-cu ildə anadan olmuş X6 və 23 avqust 2012-ci ildə anadan olmuş X3 maddi təminatı üçün hər ay Cavabdeh hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdeh alimentdən başqa uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. O, isə günün tələblərinə uyğun olaraq qeyd edilən məbləğdə alimentlə uşaqlarının maddi tələbatını ödəyə bilmir. Ona görə də, təyin edilmiş alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X6 03 sentyabr 2010-cu ildə Daşkəsən rayonu Bayan kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 01 may 2011-ci il tarixdə 114 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X8 23 avqust 2012-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 03 aprel 2013-cü il tarixdə 107 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli 2(030)- 71/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, X7 ilə Cavabdeh arasında Daşkəsən RİHB-nin Yuxarı Daşkəsən inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2010-cu il tarixdə 05 saylı saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, boşanmadan sonra tərəflərin ümumi uşaqları – xx.xx.2010-cu ildə anadan olmuş X6 və xx.xx.2012-ci ildə anadan olmuş X3 iddiaçı X2 himayəsində qalması müəyyən edilmiş, xx.xx.2010-cu ildə anadan olmuş X6 və xx.xx.2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh hər uşağa 70 (yetmiş) manat olmaqla cəmi 140,0 (bir yüz qırx) manat məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi davam etdirilməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(030)- 53/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli 2(030)-71/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmış, tərəflərin birgə nikahından 03 sentyabr 2010-cu ildə anadan olmuş X1 və 23 avqust 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilmiş, iİddia tələbi qalan hissədə təmin edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə 05 aprel 2023-ci il tarixli MŞG/1-00 1108 saylı arayışdan görünür ki, İddiaçı `qızının “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 05 aprel 2023-cü il tarixdə saat 10:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən cavabdehə 11 mart 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. İşin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 03 sentyabr 2010-cu ildə X6 və 23 avqust 2012-ci ildə X8 anadan olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(030)-53/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmış, tərəflərin birgə nikahından 03 sentyabr 2010-cu ildə anadan olmuş X6 və 23 avqust 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı təyin edilmiş alimentin məbləğinin artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2022-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı uşağının saxlanılması üçün hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 03 sentyabr 2010-cu ildə anadan olmuş X6 və 23 avqust 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddianın ödənilmiş mediasiya məbləğinə dair hissəsinə münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 05 aprel 2023-cü il tarixdə saat 10:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı tərəfindən cavabdehə 11 mart 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülıki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən, məhkəmə (hakim) qətnaməsini yalnız məhkəmə iclasında tətbiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(030)-53/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. Tərəflərin birgə nikahından 03 sentyabr 2010-cu ildə anadan olmuş X1 və 23 avqust 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar