Məhkəmə qərarları › İş №2(030)-322/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-322/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-322/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 04 iyun 2021-ci il tarixli 324087-CNS-22947 saylı kredit müqaviləsi üzrə 2387.09 manat əsas, 164.15 manat faiz borcu. 107.25 manat cərimə borcu olmaqla, cəmi 2658.49 manat pulun və 46.58 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 03 may 2023-cü il tarixdə “ bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2021-ci il tarixli 324087-CNS-22947 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədilə illik 16.90 faiz hesablanması şərtilə 60 ay müddətinə 3000 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2387.09 manat məbləğində əsas, 164.15 manat məbləğində faiz,107.25 manat cərimə borcu, ümumilikdə isə 2658.49 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İşə əlavə edilmiş 04 iyun 2021-ci il tarixli 324087-CNS-22947 saylı “Nağd pul krediti müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh kredit təyinatı “təmir” olan illik faiz dərəcəsi 16.90 faiz olmaqla 60 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş və ona bank hesabı açılmışdır. İşə əlavə edilmiş 03 aprel 2023-cü il tarixli Arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 324087-CNS-22947 saylı 04 iyun 2021-ci il tarixli saylı “Nağd pul krediti müqaviləsi” üzrə 2387.09 manat məbləğində əsas, 164.15 manat məbləğində faiz,107.25 manat cərimə borcu, cəmi 2658.49 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 05 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, İddiaçı ASC tərəfindən 46.58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2021-ci il tarixli 324087-CNS-22947 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədilə illik 16.90 faiz hesablanması şərtilə 60 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş və kart hesabına köçürülmüşdür. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 2387.09 manat məbləğində əsas, 164.15 manat məbləğində faiz,107.25 manat cərimə borcu, cəmi 2658.49 manat məbləğində kredit borcu yaranmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 04 iyun 2021-ci il tarixli 324087- CNS-22947 saylı “Nağd pul krediti müqaviləsi” üzrə hesablanmış 107.25 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh arasında bağlanmış 04 iyun 2021-ci il tarixli 324087-CNS-22947 saylı kredit müqaviləsi üzrə cəmi 2553.24 manat məbləğ tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 46.58 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 iyun 2021-ci il tarixli 324087-CNS-22947 saylı Nağd pul krediti müqaviləsi üzrə cəmi 2553.24 manat və 46.58 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar