Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-330/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Hoffmann X Ultra” markalı mobil telefon üçün 94 manat, 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon üçün 285 manat, 15 dekabr 2020ci il tarixli 22133956 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 9s” markalı mobil telefon üçün 491 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 04 may 2023cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 28.60 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Hoffmann X Ultra” markalı mobil telefonu 343.20 manata satın almışdır. 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 43.30 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefonu 611.60 manata satın almışdır. 15 dekabr 2020-ci il tarixli 22133956 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 64 manat ödəməklə 10 ay müddətinə 1 ədəd “X3 9s” markalı mobil telefonu 750 manata satın almışdır. Cavabdehin MMC-yə 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli “Müqavilə” üzrə 85.20 manat ödənilməmiş hissə və 8.80 manat cərimə borcu, 25 sentyabr 2020ci il tarixli 21204363 nömrəli “Müqavilə” üzrə 259.60 manat ödənilməmiş hissə və 25.40 manat cərimə borcu, 15 dekabr 2020-ci il tarixli 22133956 nömrəli “Müqavilə” üzrə 447 manat ödənilməmiş hissə və 44 manat cərimə borcu olmaqla, ümumilikdə 870 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 913 manat təşkil edir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 28.60 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 343.20 manat olan “Hoffmann X Ultra” markalı mobil telefonu satın almış və 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********32784 olan “Hoffmann X Ultra” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh oğlu arasında 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 43.30 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 611.60 manat olan 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefonnı satın almış və 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********00843 olan “Samsung Galaxy A21s DS (SM-A217) 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 15 dekabr 2020-ci il tarixli 22133956 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 15 dekabr 2020-ci il tarixli 22133956 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 64 manat ödəməklə 10 ay müddətinə alqı-satqı qiyməti 750 manat olan 1 ədəd “X3 9s” markalı mobil telefonnı satın almış və 15 dekabr 2020-ci il tarixli 22133956 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********46724 olan “X3 9s 6/128GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 04 aprel 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Hoffmann X Ultra” markalı mobil telefon üçün 85.20 manat ödənilməmiş hissə və 8.80 manat cərimə borcu, 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon üçün 259.60 manat ödənilməmiş hissə və 25.40 manat cərimə borcu, 15 dekabr 2020-ci il tarixli 22133956 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 9s” markalı mobil telefon üçün 447 manat ödənilməmiş hissə və 44 manat cərimə borcu olmaqla, ümumilikdə isə 870 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 05 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli müqaviləyə əsasən 1 ədəd “Hoffmann X Ultra” markalı mobil telefonu 343.20 manata, 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefonu 611.60 manata, 15 dekabr 2020-ci il tarixli 22133956 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 9s” markalı mobil telefonu 750 manata satın almışdır. Cavabdehin MMC-yə 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli “Müqavilə” üzrə 85.20 manat ödənilməmiş hissə və 8.80 manat cərimə borcu, 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli “Müqavilə” üzrə 259.60 manat ödənilməmiş hissə və 25.40 manat cərimə borcu, 15 dekabr 2020-ci il tarixli 22133956 “Müqavilə” üzrə 447 manat ödənilməmiş hissə və 44 manat cərimə borcu olmaqla, ümumilikdə 870 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 913 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli müqaviləyə əsasən 1 ədəd “Hoffmann X Ultra” markalı mobil telefon üçün 94 manat, 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon üçün 285 manat, 15 dekabr 2020-ci il tarixli 22133956 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 9s” markalı mobil telefon üçün 491 manat olmaqla, cəmi 870 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli, 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli, 15 dekabr 2020-ci il tarixli 22133956 nömrəli müqavilələr üzrə hesablanmış 78.20 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli , 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli, 15 dekabr 2020-ci il tarixli 22133956 nömrəli müqavilələr üzrə ümumilikdə 793.80 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17 iyun 2020-ci il tarixli 20354627 nömrəli , 25 sentyabr 2020-ci il tarixli 21204363 nömrəli, 15 dekabr 2020-ci il tarixli 22133956 nömrəli müqavilələr üzrə 793.80 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-330/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-330/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver