Məhkəmə qərarları › İş №2(030)-331/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-331/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-331/2023 19.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 812,76 ABŞ dolları əsas və 27,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 840,02 ABŞ dolları kredit borcu, 0,40 manat xidmət haqqının və ödənilmiş 34,29 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron məhkəmə sistemindən görünür ki, cavabdehlər Cavabdeh1 03 mart 2023-cü ildə, Cavabdeh2 21 yanvar 2016-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş üzrə göründüyü kimi, iddia ərizəsində cavabdehlər kimi göstərilmiş Cavabdeh1 03 mart 2023-cü ildə, Cavabdeh2 21 yanvar 2016-cı ildə vəfat etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti isə 25 aprel 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, həyatda olmayan şəxslərə qarşı məhkəmədə iddia qaldırıla və belə iddiaya məhkəmədə baxıla bilməz. Borcluların hüquqi varisi müəyyən edildikdən sonra, müvafiq qaydada hüquqi varisin yaşayış yeri üzrə məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-262, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 812,76 ABŞ dolları əsas və 27,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 840,02 ABŞ dolları kredit borcu, 0,40 manat xidmət haqqının və ödənilmiş 34,29 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar