Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-333/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Xiaomi ” markalı mobil telefon və aksesuar üçün 480.50 manat, 06 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Samsung ” markalı mobil telefon üçün 661.10 manat və 08 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Samsung” markalı mobil telefon və aksesuarlar üçün 535.50 manat borcun və ödənilmiş 37 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh oğluna iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 02 may 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncu hər ay 27 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Xiaomi” markalı mobil telefon və aksesuarı 471.99 manata, 06 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqısatqı müqaviləsi”nə əsasən sonuncu hər ay 37 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung” markalı mobil telefonu 648.99 manata və 08 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Samsung” markalı mobil telefon və aksesuarları 526.26 manata satın almışdır. Lakin, Cavabdeh müqavilənin şərtlərini pozaraq, 06 iyun 2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 27 manat ödəniş etmiş, 06 iyun 2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 37 manat ödəniş etmiş və 08 iyun 2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 30 manat ödəniş etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin 3 müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2186 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 218.60 manat "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 06 iyun 2022-ci il tarixli ********* “Müddətli (nisyə) alqı- satqı müqaviləsi”nin surətlərindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncuya hər ay 27 manat ödəməklə 18 ay müddətinə cəmi 471.99 manat dəyərində 1 ədəd “Xiaomi” markalı mobil telefonu satın almış və 1 ədəd İmei kodu **********93282 olan “Xiaomi Redmi 10C 4GB/64GB Ocean Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 iyun 2022-ci il tarixli ********* “Müddətli (nisyə) alqı- satqı müqaviləsi”nin surətlərindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncuya hər ay 37 manat ödəməklə 18 ay müddətinə cəmi 648.99 manat dəyərində 1 ədəd “Samsung” markalı mobil telefonu satın almış və 1 ədəd İmei kodu **********31096 olan “Samsung A325 Black 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 08 iyun 2022-ci il tarixli ********* “Müddətli (nisyə) alqı- satqı müqaviləsi”nin surətlərindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncuya hər ay 30 manat ödəməklə 18 ay müddətinə cəmi 526.26 manat dəyərində 1 ədəd “Samsung” markalı mobil telefonu və aksesuarı satın almış və 1 ədəd İmei kodu **********36532 olan “Samsung A135 Light Blue 32GB” markalı mobil telefon, “Xiaomi X4 Buds 3 Lite Black” markalı qulaqcıq, “X3 A13 Ceramics Black” və “Samsung Galaxy A13 Hard case silicon Hard Clear” markalı aksesuarlar Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 27 mart 2023-cü il tarixli Maliyyə arayışlarından görünür ki, Cavabdeh 06 iyun 2022-ci il tarixli ********* saylı müqavilə üzrə "xxxx" MMC-yə 417.90 manat əsas və 626 manat cərimə borcu, 06 iyun 2022-ci il tarixli ********* saylı müqavilə üzrə "xxxx" MMC-yə 574.90 manat əsas və 862 manat cərimə borcu və 08 iyun 2022-ci il tarixli ********* saylı müqavilə üzrə "xxxx" MMC-yə 465.70 manat əsas və 698 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" MMC tərəfindən 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 06 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqısatqı müqaviləsi”nə əsasən 1 ədəd “Xiaomi” markalı mobil telefonu 471.99 manata satın almışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 27 manat məbləğində ödəniş edilmişdir. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 06 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Samsung” markalı mobil telefonu 648.99 manata satın almışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 37 manat məbləğində ödəniş edilmişdir. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 08 iyun 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Samsung” markalı mobil telefonu 648.99 manata satın almışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 30 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 3 müqavilə üzrə cəmi 1458.50 manat əsas və 218.60 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 06 iyun 2022-ci il tarixli 011112688, 06 iyun 2022-ci il tarixli ********* və 08 iyun 2022-ci il tarixli ********* saylı müqavilələr üzrə hesablanmış 218.60 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 iyun 2022-ci il tarixli 011112688, 06 iyun 2022-ci il tarixli ********* və 08 iyun 2022-ci il tarixli ********* saylı müqavilələr üzrə 1460.50 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 37 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 iyun 2022-ci il tarixli 011112688, 06 iyun 2022-ci il tarixli ********* və 08 iyun 2022-ci il tarixli ********* saylı müqavilələr üzrə 1460.50 manat borcun və ödənilmiş 37 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-333/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-333/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver