Məhkəmə qərarları › İş №2(030)-333/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-333/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-333/2024 11.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(030)-916/2017 saylı qətanməsi ilə təyin eidlmiş alimentin miqdarının dəyişdirilərək hər ay Cavabdeh 23 iyun 2011-ci il təvəllüdlü X7 və 04 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması 220 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 ilə Cavabdeh ilə ailə qurmuş və aralarındakı nikah Daşkəsən RİHB-nin Qaraqollar inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2010-cu ildə 10 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından 23 iyun 2011-ci ildə Emin və 04 fevral 2014-cü ildə Elşad adlı iki uşaqları anadan olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(030)- 916/2017 saylı qətnaməsi ilə iddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış, Daşkəsən RİHB-nin Qaraqollar inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2010-cu ildə 10 saylı akt qeydi ilə qeydiyyata alınmış nigah pozulmuş, 23 iyun 2011-ci il təvəllüdlü X7 və 04 fevral 2014-cü il təvəllüdlü X6 iddiaçı X1 himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün hər ay Cavabdeh hər uşağa 65 manat olmaqla, cəmi 130 manat məbləğində aliment tutulub iddiaçı Telli Alıyevaya ödənilməsi qət edilmişdir. İddiaçı müraciəti əsasında Daşkəsən Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(030)- 371/2018 saylı qaətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay Cavabdeh hər uşağa 90 manat olmaqla, cəmi 180 manat məbləğində aliment tutularaq iddiaçı Telli Alıyevaya ödənilməsi qət edilmişdir. Lakin hazırda həmin məbləğdə alimentlə uşağının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Günün tələblərinə uyğun olaraq uşaqlarının maddi tələbatlarını ödəyə bilmir. Cavabdeh isə fərdi əməklə məğul olmaqla kifayət qədər qazanc əldə edir. Buna baxmayaraq, təyin edilmiş alimentdən başqa heç bir maddi köməklik göstərmir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə Daşkəsən şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixli 258 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2014-cü ci ildə Samux rayonu Qarayeri kəndində anadan olmuş, atası Cavabdeh, anası X3r. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Qaraqollar inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixli 04 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(030)-916/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış, Daşkəsən RİHB-nin Qaraqollar inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2010-cu ildə 10 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikadan doğulmuş uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçı X1 himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa 65,0 (altmış beş) manat olmaqla cəmi 130,0 (bir yüz otuz) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasına olan nikah ləğv edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabına 23 yanvar 2018-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(030)-371/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(030)–916/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay Cavabdeh hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı mediasiya təşkilatının 17 iyul 2023-cü il tarixli MŞG/MT007/2023-02072 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı alimentin miqdarının artırılması tələbinə dair müraciəti əsasında tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 17 iyul 2024-cü il tarixdə saat 16:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşə əlavə edilmiş 10 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat məbləğində ilkin mediasiya xərci tam ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, müraciətin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı X5 ilə Cavabdeh ilə ailə qurmuş və aralarındakı nikah Daşkəsən RİHB-nin Qaraqollar inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2010-cu ildə 10 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından 23 iyun 2011-ci ildə X7 və 04 fevral 2014-cü ildə X6 anadan olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(030)-916/2017 saylı qətnaməsi ilə iddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış, Daşkəsən RİHB-nin Qaraqollar inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2010-cu ildə 10 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikadan doğulmuş uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçı X1 himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa 65,0 (altmış beş) manat olmaqla cəmi 130,0 (bir yüz otuz) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İddiaçının müraciəti əsasında Daşkəsən Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(030)-371/2018 saylı qətnaməsi ilə Daşkəsən Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(030)–916/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay Cavabdeh hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı təyin edilmiş alimentin miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2018-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşaqlarının saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 220 manat məbləğində təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Şərh olunanları, habelə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 23 iyun 2011-ci ildə anadna olmuş X7 və 04 fevral 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin mediasiya məbləğinin ödənilməsinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh 17 iyul 2024-cü il tarixdə saat 16:30-da -da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ödənilmiş 55 manat ilkin mediasiya xərcinin 27.50 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(030)-371/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. 23 iyun 2011-ci ildə anadan olmuş X7 və 04 fevral 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərcinin 27,50 (iyirmi yeddi manat əlli qəpik) manat Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar