Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-335/2023 23.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 13 iyul 2021-ci tarixli ********* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A22” markalı mobil telefon üçün 243 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 273 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh1 iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi cavabdehin bacısı Verdiyeva Rəfiqə 02 may 2023-cü il tarixdə, digər Cavabdeh2 08 may 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışlar. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2021-ci tarixli ********* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 52 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A22” markalı mobil telefonu 803 manata satın almışdır. Cavabdeh tərəfindən 335 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 13 iyul 2021-ci tarixli ********* nömrəli “Müqavilə” üzrə 468 manat ödənilməmiş hissə və 46 manat cərimə borcu yaranmışdır. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixli zəminlik müqaviləsi bağlanmış, Cavabdeh2 ilə ABC Telecom” MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludu. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişlər. Bununla da, cavabdehlər alqısatqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşlar. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 13 iyul 2021-ci il tarixli ********* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2021-ci il tarixli ********* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 52 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 803 manat olan olan 1 ədəd “Samsung Galaxy A22” markalı mobil telefonu satın almış və 1 ədəd İMEİ Kodu **********96531 “Samsung Galaxy A22 DS (SM-A225)” markalı mobil telefon Cavabdeh1 təhvil verilmiş, Cavabdeh1 tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 13 iyul 2021-ci il tarixli ********* nömrəli Zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2021-ci il tarixli ********* nömrəli “Müqavilə”sinə əsasən Cavabdeh2 "xxxx" MMC -nin qarşısında Cavabdeh1 öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsliyyəti öz üzərinə göütürür. İşə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 13 iyul 2021-ci il tarixli ********* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A22” markalı mobil telefon üçün 468 manat ödənilməmiş hissə və 46 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 14 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında 13 iyul 2021-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A22” markalı mobil telefonu 803 manata satın almışdır. Cavabdeh tərəfindən 335 manat məbləğində ödəniş edilmişdir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixli zəminlik müqaviləsi bağlanmış, Cavabdeh2 ilə ABC Telecom” MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludu. Cavabdeh1 MMC-yə 13 iyul 2021-ci il tarixli ********* nömrəli “Müqavilə” üzrə 468 manat ödənilməmiş hissə və 46 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 13 iyul 2021-ci il tarixli ********* nömrəli üzrə hesablanmış 46 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13 iyul 2021-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A22” markalı mobil telefon üçün 470 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13 iyul 2021-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A22” markalı mobil telefon üçün 470 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-335/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-335/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver