Məhkəmə qərarları › İş №2(030)-336/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-336/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-336/2023 23.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 yanvar 2021-ci il tarixli 22224952 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 9” markalı mobil telefon üçün 497 manat, 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 402 manat, 14 may 2021-ci il tarixli 23069822 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 412 manat borc və ödənilmiş 33.11 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 04 may 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli 22224952 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 32.40 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “X3 9” markalı mobil telefonu 608.20 manata satın almışdır. 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 26.20 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 571.60 manata satın almışdır. 14 may 2021-ci il tarixli 23069822 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 125 manat ödəməklə 3 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 527 manata satın almışdır. Cavabdehin MMC-yə 21 yanvar 2021ci il tarixli 22224952 nömrəli “Müqavilə” üzrə 451.80 manat ödənilməmiş hissə və 45.20 manat cərimə borcu, 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli “Müqavilə” üzrə 365.20 manat ödənilməmiş hissə və 36.80 manat cərimə borcu, 14 may 2021-ci il tarixli 23069822 nömrəli “Müqavilə” üzrə 375 manat ödənilməmiş hissə və 37 manat cərimə borcu olmaqla, ümumilikdə 1311 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 514.80 manat təşkil edir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 21 yanvar 2021-ci il tarixli 22224952 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli 22224952 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 32.40 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 608.20 manat olan “X3 9” markalı mobil telefonu satın almış və 21 yanvar 2021ci il tarixli 22224952 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********94107 “X3 9 3GB/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 26.20 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 571.60 manat olan 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonnı satın almış və 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********97737 olan “Samsung Galaxy A12 (SM-A125) 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 14 may 2021-ci il tarixli 23069822 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 14 may 2021-ci il tarixli 23069822 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 125 manat ödəməklə 3 ay müddətinə alqı-satqı qiyməti 527 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonnı satın almış və 14 may 2021-ci il tarixli 23069822 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********50507 olan “Xiaomi Redmi 9T 4/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 12 aprel 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 yanvar 2021-ci il tarixli 22224952 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 9” markalı mobil telefon üçün 451.80 manat ödənilməmiş hissə və 45.20 manat cərimə borcu, 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 365.20 manat ödənilməmiş hissə və 36.80 manat cərimə borcu, 14 may 2021-ci il tarixli 23069822 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 375 manat ödənilməmiş hissə və 37 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1311 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 33.11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 21 yanvar 2021-ci il tarixli 22224952 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 9” markalı mobil telefonu 608.20 manata, 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 571.80 manata, 14 may 2021-ci il tarixli 23069822 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 527 manata satın almışdır. Cavabdehin MMC-yə 21 yanvar 2021-ci il tarixli 22224952 nömrəli “Müqavilə” üzrə 451.80 manat ödənilməmiş hissə və 45.20 manat cərimə borcu, 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli “Müqavilə” üzrə 365.20 manat ödənilməmiş hissə və 36.80 manat cərimə borcu, 14 may 2021-ci il tarixli 23069822 “Müqavilə” üzrə 375 manat ödənilməmiş hissə və 37 manat cərimə borcu olmaqla, ümumilikdə 1311 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 514.80 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21 yanvar 2021-ci il tarixli 22224952 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 9” markalı mobil telefon üçün 497 manat, 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 402 manat, 14 may 2021-ci il tarixli 23069822 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 412 manat olmaqla, cəmi 1311 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 21 yanvar 2021-ci il tarixli 22224952 nömrəli, 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli, 14 may 2021-ci il tarixli 23069822 nömrəli müqavilələr üzrə hesablanmış 119 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21 yanvar 2021ci il tarixli 22224952 nömrəli , 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli, 14 may 2021-ci il tarixli 23069822 nömrəli müqavilələr üzrə ümumilikdə 1194 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 33.11 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 yanvar 2021-ci il tarixli 22224952 nömrəli , 03 fevral 2021-ci il tarixli 22255071 nömrəli, 14 may 2021-ci il tarixli 23069822 nömrəli müqavilələr üzrə 1194 manat borcun və ödənilmiş 33.11 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar