Məhkəmə qərarları › İş №2(030)-342/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-342/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-342/2023 23.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) cavabdeh X5 qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 24 sentyabr 2020-ci tarixli 21199697 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A10” markalı mobil telefon üçün 181 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 211 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, X5 iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Əliyeva Türkən 02 may 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 24 sentyabr 2020-ci tarixli 21199697 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 35.50 manat ödəməklə 12 ay müddətinə “Samsung Galaxy A10” markalı mobil telefonu 426 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 261 manat ödəniş edilmişdir. Cavabdehin MMCyə 24 sentyabr 2020-ci tarixli 21199697 nömrəli “Müqavilə” üzrə 165 manat ödənilməmiş hissə və 16 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 24 sentyabr 2020-ci tarixli 21199697 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 24 sentyabr 2020-ci tarixli 21199697 nömrəli “Müqavilə”yə əsasən “Samsung Galaxy A10” markalı mobil telefonu satın almış, 24 sentyabr 2020-ci tarixli 21199697 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********64201 olan “Samsung Galaxy A10 (SM-A105)” markalı mobil telefon X5 təhvil verilmiş, Əliyeva Türkən tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 08 aprel 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, X4 24 sentyabr 2020-ci il tarixli 21199697nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A10” markalı mobil telefon üçün 165 manat ödənilməmiş hissə və 16 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 10 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə X6 arasında 24 sentyabr 2020-ci il tarixli 21199697 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı mobil telefonu 426 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 261 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 24 sentyabr 2020-ci il tarixli 21199697 nömrəli üzrə hesablanmış 16 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 24 sentyabr 2020-ci il tarixli 21199697 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı mobil telefon üçün 182 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 24 sentyabr 2020-ci il tarixli 21199697 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı mobil telefon üçün 182 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar