Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-343/2023 22.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 dekabr 2020-ci tarixli 22096634 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 9” markalı mobil telefon üçün 307 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 337 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 01 may 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2020-ci tarixli 22096634 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 43.80 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X3 9” markalı mobil telefonu 550.60 manata satın almışdır. Cavabdeh tərəfindən 271 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 01 dekabr 2020-ci tarixli 22096634 nömrəli “Müqavilə” üzrə 279.60 manat ödənilməmiş hissə və 27.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 01 dekabr 2020-ci tarixli 22096634 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli 22096634 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 43.80 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 550.60 manat olan 1 ədəd “X3 9” markalı mobil telefonu satın almış və “X3 9 3GB/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 13 aprel 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01 dekabr 2020-ci il tarixli 22096634 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 9” markalı mobil telefon üçün 279.60 manat ödənilməmiş hissə və 27.40 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 14 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 01 dekabr 2020-ci il tarixli 22096634 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 9” markalı mobil telefonu 550.60 manata satın almışdır. Cavabdeh tərəfindən 271 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 01 dekabr 2020-ci il tarixli 22096634 nömrəli “Müqavilə” üzrə 279.60 manat ödənilməmiş hissə və 27.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 01 dekabr 2020-ci il tarixli 22096634 nömrəli üzrə hesablanmış 27.40 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 dekabr 2020-ci il tarixli 22096634 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 9” markalı mobil telefon üçün 281.60 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385- 1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 dekabr 2020-ci il tarixli 22096634 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 9” markalı mobil telefon üçün 281.60 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-343/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-343/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver