Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-352/2024 16.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı 800 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X1 800 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı xx.xx.2024-cü il tarixə təyin olunmuş və hazırkı məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi qəbul etməyərək iddiaçı iştirak etmədiyi halda işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmiş, iddianın baxılmamış saxlanmasına etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və X4 iddia tələbi qəbul etməyərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmiş, iddianın baxılmamış saxlanmasına etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı 800 manat pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : imza Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-352/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-352/2024
16.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver