Məhkəmə qərarları › İş №2(030)-361/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-361/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-361/2023 04.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnдaн 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli müqaviləyə 01 saylı əlavə olan 23 mart 2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd “Samsung” markalı paltaryuyan üçün 694 manat ödənilməmiş hissə və 206 manat cərimə borcu, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli müqaviləyə 1 saylı əlavə olan 23 mart 2021-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu üçün 423,60 manat ödənilməmiş hissə və 120,40 manat cərimə borcu, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli müqaviləyə 1 saylı əlavə olan 23 mart 2021-ci il traixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu üçün 480 manat ödənilməmiş hissə və 142 manat cərimə borcu, 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqaviləyə 1 saylı əlavə olan 23 mart 2021-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu, “Samsung LED TV” üçün 3291 manat ödənilməmiş hissə və 696 manat cərimə borcu, olmaqla 6053 manat məbləğində borcun və ödənilmiş 80,53 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxareılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddianı onun əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli və 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli “Müqavilə”ləri əsasən 2 ədəd “Samsung” markalı paltaryuyan, 3 ədəd “Samsung” markalı soyuducu, 1 ədəd “Samsung” markalı LED TV satın almışdır. 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli və 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqaviləyə 23 mart 2021-ci il tarixdən 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmiş və restrukturizasiyadan sonra 6053 manat borc yaranmışdır. 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli müqaviləyə əlavə olan 23 mart 2021-ci il tarixli müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 950,62 manat dəyərində 2 ədəd “Samsung” markalı paltaryuyan üçün ilkin olaraq 43,21 manat ödəməklə, 21 ay müddətində hər ay 43,21 manat ödəməyi, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli müqaviləyə əlavə olan 23 mart 2021-ci il tarixli müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 1006,6 manat olan “Samunsung” markalı soyuducu üçün ilkin olaraq 100,66 manat ödəməklə, 9 ay müddətində hər ay 100,66 manat ödəməyi, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli müqaviləyə əlavə olan 23 mart 2021-ci il tarixli müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 3952,16 manat olan “Samunsung” markalı soyuducu üçün ilkin olaraq 68,56 manat ödəməklə, 11 ay müddətində hər ay 68,56 manat ödəməyi, 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqaviləyə əlavə olan 23 mart 2021-ci il tarixli müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 3952,16 manat olan “Samunsung” markalı soyuducu və “Samunsung” markalı LED TV üçün ilkin olaraq 116,24 manat ödəməklə, 33 ay müddətində hər ay 116,24 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh alqı-satqı müqavilələrində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Cавабдещ Cavabdeh 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli müqavilə üzrə 694 manat ödənilməmiş hissə və 206 manat cərimə borcu, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli müqavilə üzrə 423,60 manat ödənilməmiş hissə və 120,40 manat cərimə borcu, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli müqavilə üzrə 480 manat ödənilməmiş hissə və 142 manat cərimə borcu, 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqavilə üzrə 3291 manat ödənilməmiş hissə və 696 manat cərimə borcu, olmaqla 6053 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Она эюря дя, məhkəmədən tələbin təmin olunması барядя qətnamə çıxarılmasını xahиş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli, 23 mart 2021-ci il tarixli ********* “Müqailə” və əlavə sazişin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 100,66 manat ödəməklə 9 ay müddətinə 1006,60 manat məbləğində “Samsung” RT62K7110SL/WT (Gümüşü) soyuducu satın almışdır. İşə əlavə edilmiş 05 noyabr 2019-cu il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung” RT62K7110SL/WT (Gümüşü) soyuducu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. Ишə əlavə edilmiş 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli və 23 mart 2021-ci il tarixli 22407746 “Müqailə” və əlavə sazişin “surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 68,56 manat ödəməklə 11 ay müddətinə 822,72 manat məbləğində “Samsung” ET431c6000S8/WT soyuducu satın almışdır. İşə əlavə edilmiş 19 noyabr 2019-cu il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli müqaviləyə əsasən 1 ədəd Samsung” ET431c6000S8/WT soyuducu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli, 23 mart 2021-ci il tarixli 22407684 “Müqailə” və əlavə sazişin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 43,21 manat ödəməklə 21 ay müddətinə 950,62 manat məbləğində 1 ədəd “Samsung WE” 89ONLW9DYLP markalı paltaryuyan və 1 ədəd “Samsung WE” 85ONLW9DYLP markalı paltaryuyan satın almışdır. İşə əlavə edilmiş 24 noyabr 2019-cu il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung WE” 89ONLW9DYLP markalı paltaryuyan və 1 ədəd “Samsung WE” 85ONLW9DYLP markalı paltaryuyan Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli, 23 mart 2021-ci il tarixli 22407777 “Müqailə” və əlavə sazişin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli “Müqavilə” əsasən sonuncu hər ay 116,24 manat ödəməklə 33 ay müddətinə 3952,16 manat məbləğində 1 ədəd “Samsung LED”UE55RU7300UXRU markalı TV və 1 ədəd “Samsung” RT43K6000S8/ WT (gümüşü) soyuducu satın almışdır. İşə əlavə edilmiş 16 iyun 2020-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung LED”UE55RU7300UXRU markalı TV və 1 ədəd “Samsung” RT43K6000S8/ WT (gümüşü) soyuducu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 21 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 80,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli və 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli “Müqavilə”ləri əsasən 2 ədəd “Samsung” markalı paltaryuyan, 3 ədəd “Samsung” markalı soyuducu, 1 ədəd “Samsung” markalı LED TV satın almışdır. 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli və 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqaviləyə 23 mart 2021-ci il tarixdən 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmiş və restrukturizasiyadan sonra 6053 manat borc yaranmışdır. 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli müqaviləyə əlavə olan 23 mart 2021-ci il tarixli müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 950,62 manat dəyərində 2 ədəd “Samsung” markalı paltaryuyan üçün ilkin olaraq 43,21 manat ödəməklə, 21 ay müddətində hər ay 43,21 manat ödəməyi, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli müqaviləyə əlavə olan 23 mart 2021-ci il tarixli müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 1006,6 manat olan “Samunsung” markalı soyuducu üçün ilkin olaraq 100,66 manat ödəməklə, 9 ay müddətində hər ay 100,66 manat ödəməyi, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli müqaviləyə əlavə olan 23 mart 2021-ci il tarixli müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 3952,16 manat olan “Samunsung” markalı soyuducu üçün ilkin olaraq 68,56 manat ödəməklə, 11 ay müddətində hər ay 68,56 manat ödəməyi, 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqaviləyə əlavə olan 23 mart 2021-ci il tarixli müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 3952,16 manat olan “Samunsung” markalı soyuducu və “Samunsung” markalı LED TV üçün ilkin olaraq 116,24 manat ödəməklə, 33 ay müddətində hər ay 116,24 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh alqısatqı müqavilələrində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Cавабдещ Cavabdeh 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli müqavilə üzrə 694 manat ödənilməmiş hissə və 206 manat cərimə borcu, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli müqavilə üzrə 423,60 manat ödənilməmiş hissə və 120,40 manat cərimə borcu, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli müqavilə üzrə 480 manat ödənilməmiş hissə və 142 manat cərimə borcu, 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqavilə üzrə 3291 manat ödənilməmiş hissə və 696 manat cərimə borcu, olmaqla 6053 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqavilələrin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş üzrə təsdiq olunduğu kimi, "xxxx" MMC tərəfindən Cavabdeh 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli müqavilə üzrə 206 manat cərimə borcu, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli müqavilə üzrə 120,40 manat cərimə borcu, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli müqavilə üzrə 142 manat cərimə borcu və 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqavilə üzrə 696 manat cərimə hesablanmışdır. АР МM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Она görə də məhkəmə hesab edir ki, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü nəzərə alınaraq hesablnamış 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli müqavilə üzrə 206 manat məbləğində cərimə azaldılaraq 01 manat, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli müqavilə üzrə 120,40 məbləğində cərimə azaldılaraq 01 manat, 19 noyabr 2019cu il tarixli 01061677 nömrəli müqavilə üzrə 142 manat cərimə borcu azaldılaraq 01 manat və 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqavilə üzrə 696 manat məbləğində cərimə azaldılaraq 01 manat müəyyən edilməlidiur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli müqaviləyə 01 saylı əlavə olan 23 mart 2021-ci il tarixli müqavilə üzrə 694 manat ödənilməmiş hissə və 01 manat cərimə borcu, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli müqaviləyə 01 saylı əlavə olan 23 mart 2021-ci il tarixli müqavilə üzrə 423,60 manat ödənilməmiş hissə və 01 manat cərimə borcu, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli müqaviləyə 01 saylı əlavə olan 23 mart 2021-ci il tarixli müqavilə üzrə 480 manat ödənilməmiş hissə və 01 manat cərimə borcu, 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqaviləyə 01 saylı əlavə olan 23 mart 2021-ci il tarixli müqavilə üzrə 3291 manat ödənilməmiş hissə və 01 manat cərimə borcu, olmaqla 4892,60 manat məbləğində kredit borcu tutulub iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 80,53 manat məbləğində dövlət rüsumunun 65 manatı cavabdehə, 20.53 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 noyabr 2019-cu il tarixli 01073931 nömrəli müqaviləyə 01 saylı əlavə olan 23 mart 2021-ci il tarixli müqavilə üzrə 694 manat ödənilməmiş hissə və 01 manat cərimə borcu, 05 noyabr 2019-cu il tarixli 01028760 nömrəli müqaviləyə 01 saylı əlavə olan 23 mart 2021-ci il tarixli müqavilə üzrə 423,60 manat ödənilməmiş hissə və 01 manat cərimə borcu, 19 noyabr 2019-cu il tarixli 01061677 nömrəli müqaviləyə 01 saylı əlavə olan 23 mart 2021-ci il tarixli müqavilə üzrə 480 manat ödənilməmiş hissə və 01 manat cərimə borcu, 16 iyun 2020-ci il tarixli 20352368 nömrəli müqaviləyə 01 saylı əlavə olan 23 mart 2021-ci il tarixli müqavilə üzrə 3291 manat ödənilməmiş hissə və 01 manat cərimə borcu və 65 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4957 (dörd min doqquz yüz əlli yeddi) manat 60 (altmış) qəpik alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar