Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-377/2023 14.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Açıq Səhmidar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmidar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit limiti razılaşmasının ləğvi, kreditin və fazilərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limiti razılaşması”nın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13676,06 manat əsas, 929,37 manat faiz və 73,19 manat cərimə borcu olmaqla, cəmi 14678,62 manat məbləğində kredit borcunun və ödənilmiş 134,04 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkləmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ки, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə 120 ay müddətinə 29 iyun 2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə 29 iyun 2022-ci il tarixli 5FİZAM144763401 nömrəli “Zaminlik müqaviləsi”nə əsasən isə digər borclu (zamin) Cavabdeh2 kredit alan Cavabdeh1 bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 “Əsas kredit limiti razılaşması” çərçivəsində bankdan illik 16% olmaqla hər ayın 01-dək ayda 527,95 manat ödəmək şərti ilə aldığı 15000 manat krediti 30 iyun 2025-ci il tarixədək qaytarmalı olduğu halda, üzərinə düşən öhdəyi lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin 17 aprel 2023-cü il tarixə İddiaçı ASC-yə 13676,06 manat əsas, 929,37 manat faiz və 73,19 manat cərimə borcu olmaqla, cəmi 14678,62 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izahat verib göstərmişdir ki, İddiaçı ASC-dən 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə 120 ay müddətinə 29 iyun 2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında 29 iyun 2022-ci il tarixli 5FİZAM144763401 nömrəli “Zaminlik müqaviləsi” bağlanmışdır. “Əsas kredit limiti razılaşması” üzrə illik 16% olmaqla hər ayın 01-dək ayda 527,95 manat ödəmək şərti ilə 30 iyun 2025-ci il tarixədək qaytarmaq şərti ilə ona 15000 manat məbləğində kredit verilmişdir. Əvvəllər ödəniş etsə də, sonradan maddi imkansızlıqdan krediti vaxtında ödəyə bilməmişdir. İddia tələbini qəbul edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limiti razılaşması”nın surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limitinin razılaşması”na əsasən Cavabdeh1 120 ay müddətinə 29 iyun 2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limiti razılaşması” çərçivəsində Cavabdeh1 illik 16 faiz olmaqla şərti ilə hər ayın 01-dək ayda 527,95 manat ödəmək şərti ilə 30 iyun 2025-ci il tarixədək 15000 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 29 iyun 2022-ci il tarixli 5FİZAM144763401 nömrəli “Zaminlik müqaviləsi”nin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh2 kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin fazilərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzuiniun ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 17 aprel 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə 13676,06 manat əsas, 929,37 manat faiz və 73,18 manat cərimə borcu olmaqla, cəmi 14678,62 manat kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 15 mart 2023-cü il tarixli 197 saylı bildirişin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan bütün borc məbləğini tam olaraq 3 bank iş günü ərzində ödəmədiyi təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin, faizlərin, cərimələrin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 15 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 134,04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, İddiaçı ASC-nin iddia tələbini qəbul edir və məhkəmədən iddia tələbinin təmin olunmasın barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımında qiymıət verilməılidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-ci мaddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2- ci мaddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5- ci мaddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılmış araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya Mülki Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, tərəflər arasında bağlanmış “Əsas kredit limiti razılaşması”nın ləğv edilməsi və öhdəliyin icrasının vaxtından əvvəl tələb edilməsi barədə Bankın iddiası əsaslıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi, borcalan Cavabdeh1 arasında bağlanmış 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi aşkardır və mövcuddur. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın, hazırki halda cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limiti razılaşması” ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limiti razılaşması” ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə 13676,06 manat əsas, 929,37 manat faiz və 73,19 manat cərimə borcu olmaqla, cəmi 14678,62 manat məbləğində kredit borcu tutulub İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 134,04 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2022-ci il tarixli 5290***- *******01L nömrəli “Əsas kredit limiti razılaşması” ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 iyun 2022-ci il tarixli 5290***-*******01L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə 13676,06 manat əsas, 929,37 manat faiz, 73,19 manat cərimə borcu və ödənilmiş 134,04 manat dövlət rüsumu olmaqla, ümumilikdə 14812 (on dörd min səkkiz yüz on iki) manat 66 (altmış altı) qəpik tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-377/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-377/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver