Məhkəmə qərarları › İş №2(030)-38/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-38/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-38/2024 12.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafay Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya hüququ əsasında 2663,28 manat məbləğin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 2616,71 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 46,57 manat dövlət rüsumu, ümumilikdə 2 663,28 manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 25 iyul 2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 2106” markalı, ** BB *** dövtət qeydiyyət nişanlı avtomobil Gəncə şəhəri, Bağbanlar küçəsi ilə hərəkət edən zaman mənevretmə qaydalarını pozmuş, nəticədə “Fiat Doblo” markalı, 99 ЈО 385 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Betə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul olunmuş 27 iyul 2022-ci il tarixli, 3(125)-271/2022 saylı qərarla “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.2-ci, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Fiat Doblo” markalı, 99 3D 385 dövtət qeydiyyat nişanlı avtomobilə 2616,71 manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta Şəhadətnaməsinə və İAS223615 saylı 23 dekabr 2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən İddiaçı ASC tərəfindən cəmi 2616,71 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Vaz 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Odur ki, Cavabdeh 2616,71 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 46,57 manat dövlət rüsumu, ümumilikdə 2 663,28 manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəzə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsisliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən 26 iyul 2022-ci il tarixli ******* nömrəli İnzibati Xəta haqqqında protokolun surətindən görünür ki, 25 iyul 2022-ci il tarixdə saat 13:00-da Cavabdeh idarə etdiyi “VAZ 2106” minik markalı ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 3(125)- 271/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İşə əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə məxsus Fiat Doblo” markalı, 99 3D 385 dövtət qeydiyyat nişanlı avtomobilə dəyən zərər üçün subroqasiya qaydasında 2616,71 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşə əlavə edilmiş 06 dekabr 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx"ASC tərəfindən "xxxx" ASC-nin hesabına 2616,71 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşə əlavə edilmiş İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 12 mart 2023-cü il tarixli PME********** nömrəli “İcbari sığorta müqaviləsi”nə əsasən X1 məxsus “VAZ 2106” markalı ** BB *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığortalanmışdır. İşə əlavə edilmiş Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 06 avqust 2022-ci il tarixli 153326 nömrəli hesabatın surətindən görünür ki, “Fiat Doblo” markalı, 99 3D 385 dövtət qeydiyyat nişanlı avtomobilə 2616,71 manat məbləğində maddi zərər dəymişdir. İşə əlavə edilmiş 26 dekabr 2023-cü il tarixli İB**********_000097_221226 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 2616,71 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşə əlavə edilmiş 21 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, 25 iyul 2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 2106” markalı, ** BB *** dövtət qeydiyyət nişanlı avtomobil Gəncə şəhəri, Bağbanlar küçəsi ilə hərəkət edən zaman mənevretmə qaydalarını pozmuş, nəticədə “Fiat Doblo” markalı, 99 ЈО 385 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Gəncə şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 3(125)-271/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 06 avqust 2022-ci il tarixli 153326 nömrəli hesabata əsasən “Fiat Doblo” markalı, 99 3D 385 dövtət qeydiyyat nişanlı avtomobilə 2616,71 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən “Fiat Doblo” markalı, 99 ЈО 385 dövlət nömrə nişanlı avtomobilə dəyən zərər üçün subroqasiya qaydasında 2616,71 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 14.1.3-cü maddəsinə görə şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2616,71 manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş ödənilmiş 47 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2616,71 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 47 manat dövlət rüsumu olmaqla, cəmi 2663,71 (iki min altı yüz altmış üz manat 71 qəpik) manat məbləği tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar