Məhkəmə qərarları › İş №2(030)-380/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-380/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-380/2023 07.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 26 yanvar 2019-cu il tarixli 970sGNDJ/19 nömrəli kredit müqaviləsi üzrə 489.83 manat əsas borc, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi 06 iyun 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır кi, "xxxx" KB ASC ilə mərhum X3 arasında bağlanmış 26 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 36%-dək olmaq şərtilə 84 ay müddətinə, 10000 manatadək kredit limiti ayrılmışdır. Samux rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə X1 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Lakin cavabdeh AR MM-nin 1309cu maddəsinə əsasən hərəkət etməyərək mirasın açılması barədə miras qoyanıın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 26 yanvar 2019-cu il tarixli 970sGNDJ/19 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC X2 istehlak məqsədləri üçün illik 36%-dək olmaq şərtilə 84 ay müddətinə 10000 manat məbləğində kredit limiti ayrılmış, cavabdehə bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. İşə əlavə edilmiş 31 mart 2023-cü il tarixli BANK/PİKMD/1092791 nömrəli Maliyyə arayışından görünür ki, X1 "xxxx" KB ASC-yə 31 mart 2023-cü il tarixə 489.83 manat əsas borcu mövcuddur. İşə əlavə edilmiş 31 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə X3 arasında bağlanmış 26 yanvar 2019-cu il tarixli 970sGNDJ/19 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 36 faizədək olmaq şərtilə 84 ay müddətinə 10000 manatadək kredit limiti ayrılmışdır. Samux rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə X1 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 489.83 manat əsas borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X3 arasında bağlanmış 26 yanvar 2019-cu il tarixli 970sGNDJ/19 nömrəli kredit müqaviləsi üzrə 489.83 manat əsas borc Cavabdeh tutulub iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26 yanvar 2019-cu il tarixli 970sGNDJ/19 nömrəli kredit müqaviləsi üzrə 489.83 manat əsas borc , ödənilmiş 0.40 manat xidmət haqqı və 30 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar