Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-382/2023 12.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 (bundan sonra İddiaçı MMM QBKT) Cavabdeh qarşı borc tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən 29 oktyabr 2019-cu il tarixli **********0540 saylı kredit müqaviləsi üzrə 3157.43 manat əsas borcu, 69.91 manat faiz borcu olmaqla, cəmi 3227.34 manat kredit borcu və ödənilmiş 52.28 manat dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 03 iyun 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır кi, İddiaçı MMM QBKT Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli **********0540 saylı, AR Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli kredit(Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3157.43 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətinə hər ay 2.72 manat, dörd il müddətinə isə hər ay 67.15 manat olmaqla barabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. İşə əlavə edilmiş 29 oktyabr 2019-cu il tarixli **********0540 saylı Kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli **********0540 saylı Kredit müqaviləsinə əsasən, kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3157.43 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3157.43 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti,o, cümlədən kredit üzərində hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli müəyyən edilmiş müddətlərdə və məbləğlərdə Kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İşə əlavə edilmiş 27 aprel 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 29 oktyabr 2019-cu il tarixli **********0540 saylı kredit müqaviləsi üzrə 3157.43 manat əsas, 69.91 manat faiz borcu olmaqla, cəmi 3227.34 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 04 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, İddiaçı MMM QBKT tərəfindən 52.28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli **********0540 saylı kredit müqaviləsinə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3157.43 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3157.43 manat məbləğində güzəştli kredit verilmişdir. Hazırda cavabdehin Finca Azerbaijan” MMM QBKT-ə 3227.34 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli **********0540saylı kredit müqaviləsi üzrə üzrə müqaviləyə əsasən 3157.43 manat əsas, 69.91 manat faiz borcu olmaqla, cəmi 3227.34 manat məbləğin tutulub İddiaçı MMM QBKT-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 51.30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 29 oktyabr 2019-cu il tarixli **********0540 saylı kredit müqaviləsi üzrə 3157.43 manat əsas, 69.91 manat faiz borcu olmaqla, cəmi 3227.34 manat və ödənilmiş 52.28 manat dövlət rüsumu olmaqla tutulub İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-382/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-382/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver