Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-383/2023 04.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 sentyabr 2021-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “X4” markalı qulaqlıq və “Viva Case” markalı aksesuar üçün 684 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 06 iyun 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2021-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 38.61 manat ödəməklə 18 ay müddətinə “X4” markalı qulaqlıq və “Viva Case” markalı aksesuarı 694.98 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 73.68 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 20 sentyabr 2021-ci tarixli ******* nömrəli “Müqavilə” üzrə 621.30 manat ödənilməmiş hissə və 62.70 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 20 sentyabr 2021-ci tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2021-ci tarixli ******* nömrəli “Müqavilə”yə əsasən “X4” markalı qulaqlıq və “Viva Case” markalı aksesuarı satın almış, 20 sentyabr 2021-ci tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “X4 MWP22” markalı qulaqlıq və “X5 X3 11” markalı aksesuar Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 02 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 sentyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “X4” markalı qulaqlıq və “Viva Case” markalı aksesuar üçün 621.30 manat ödənilməmiş hissə və 62.70 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 03 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 20 sentyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “X4” markalı qulaqlıq və “Viva Case” markalı aksesuarı 694.98 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 73.68 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АР ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 20 sentyabr 2021-ci il tarixli ******* nömrəli üzrə hesablanmış 62.70 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 sentyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “X4” markalı qulaqlıq və “Viva Case” markalı aksesuar üçün 623.30 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 sentyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “X4” markalı qulaqlıq və “Viva Case” markalı aksesuar üçün 623.30 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-383/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-383/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver