Məhkəmə qərarları › İş №2(030)-384/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-384/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-384/2023 04.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 aprel 2021-ci tarixli 22436401 nömrəli “Müqaviləyə” əsasən “Xiaomi Redmi 9” markalı mobil telefon üçün 393 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 194 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 07 iyun 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2021-ci tarixli 22436401 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 31.20 manat ödəməklə 18 ay müddətinə “Xiaomi Redmi 9” markalı mobil telefonu 561.60 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 203.70 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 01 aprel 2021-ci tarixli 22436401 nömrəli “Müqavilə” üzrə 357.90 manat ödənilməmiş hissə və 35.10 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 01 aprel 2021-ci tarixli 22436401 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2021-ci tarixli 22436401 nömrəli “Müqavilə”yə əsasən “Xiaomi Redmi 9” markalı mobil telefonu satın almış, 01 aprel 2021-ci tarixli 22436401 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********26082 olan “Xiaomi Redmi 9 4/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 29 aprel 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01 aprel 2021-ci il tarixli 22436401 nömrəli “Müqaviləyə” əsasən “Xiaomi Redmi 9” markalı mobil telefon üçün 357.90 manat ödənilməmiş hissə və 35.10 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 01 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 01 aprel 2021-ci il tarixli 22436401 nömrəli müqaviləyə əsasən “Xiaomi Redmi 9” markalı mobil telefonu 561.60 manata satın almışdır. Cавабдещ tərəfindən cəmi 203.70 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АР ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 01 aprel 2021-ci il tarixli 22436401 nömrəli üzrə hesablanmış 35.10 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 aprel 2021-ci il tarixli 22436401 nömrəli müqaviləyə əsasən “Xiaomi Redmi 9” markalı mobil telefon üçün 359.90 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 aprel 2021-ci il tarixli 22436401 nömrəli müqaviləyə əsasən “Xiaomi Redmi 9” markalı mobil telefon üçün 359.90 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar