Məhkəmə qərarları › İş №2(030)-388/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-388/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-388/2023 05.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 noyabr 2020-ci il tarixli 22063562 nömrəli “Müqaviləyə” əsasən 2 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefon üçün 134 manat və 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 496 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 10 iyun 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2020-ci il tarixli 22063562 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 47.90 manat ödəməklə 18 ay müddətinə 2 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefonu 941.20 manata satın almışdır. 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 35.80 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 644.40 manata satın almışdır. Cavabdehin MMC-yə 22 noyabr 2020-ciil tarixli 22063562 nömrəli “Müqavilə” üzrə 121.60 manat ödənilməmiş hissə, 12.40 manat cərimə borcu və 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli “Müqavilə” üzrə 450.40 manat ödənilməmiş hissə və 45.60 manat cərimə borcu olmaqla, ümumilikdə 630 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 22 noyabr 2020-ci il tarixli 22063562 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2020-ci il tarixli 22063562 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 47.90 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 941.20 manat olan 2 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefonu satın almış və 22 noyabr 2020-ci il tarixli 22063562 nömrəli müqaviləyə əsasən 2 ədəd İMEİ kodu **********91191 və **********23739 olan “Xiaomi Redmi 9C 3/64GB NFC” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 35.80 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 644.40 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********36614 olan “Samsung Galaxy A12 (SM-A127) 64 GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 15 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22 noyabr 2020-ci il tarixli 22063562 nömrəli “Müqaviləyə” əsasən 2 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefon üçün 121.60 manat ödənilməmiş hissə və 12.40 manat cərimə borcu, 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 450.40 manat ödənilməmiş hissə və 45.60 manat cərimə borcu olmaqla, ümumilikdə isə 630 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 16 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 22 noyabr 2020-ci il tarixli 22063562 nömrəli müqaviləyə əsasən 2 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefonu 941.20 manata və 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 644.40 manata satın almışdır. Cavabdehin MMC-yə 22 noyabr 2020-ci il tarixli 22063562 nömrəli “Müqavilə” üzrə 121.60 manat ödənilməmiş hissə və 12.40 manat cərimə borcu, 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli “Müqavilə” üzrə 450.40 manat ödənilməmiş hissə və 45.60 manat cərimə borcu olmaqla, ümumilikdə 630 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 1013.60 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 22 noyabr 2020-ci il tarixli 22063562 nömrəli müqavilə üzrə hesablanmış 12.40 manat məbləğində cərimə azaldılaraq 1 manat, 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli müqavilə üzrə hesablanmış 45.60 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22 noyabr 2020-ci il tarixli 22063562 nömrəli və 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli müqavilələr üzrə ümumilikdə 575 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.40 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 noyabr 2020-ci il tarixli 22063562 nömrəli müqavilə üzrə 121.60 manat, 23 avqust 2021-ci il tarixli 24037572 nömrəli müqavilə üzrə 452.40 manat borcun və ödənilmiş 27.40 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar