Məhkəmə qərarları › İş №2(030)-389/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-389/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-389/2023 12.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 may 2021-ci tarixli 134141 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 288 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 64 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 03 iyun 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 may 2021-ci tarixli 134141 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 41.98 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefonu 504.76 manata satın almışdır. Cavabdeh tərəfindən 243 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 05 may 2021-ci tarixli 134141 nömrəli “Müqavilə” üzrə 261.76 manat ödənilməmiş hissə və 26.24 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 05 may 2021-ci tarixli 134141 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 may 2021-ci il tarixli 134141 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 41.98 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 504.76 manat olan 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefonu satın almış və İmei kodu **********30826 olan “Xiaomi Redmi 9T 4/64GB Gray” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 12 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 may 2021-ci il tarixli 134141 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 261.76 manat ödənilməmiş hissə və 26.24 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 13 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 05 may 2021-ci il tarixli 134141 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefonu 504.76 manata satın almışdır. Cavabdeh tərəfindən 243 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 05 may 2021-ci il tarixli 134141 nömrəli “Müqavilə” üzrə 261.76 manat ödənilməmiş hissə və 26.24 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 05 may 2021-ci il tarixli 134141 nömrəli üzrə hesablanmış 26.24 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05 may 2021-ci il tarixli 134141 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 263.76 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27.48 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 may 2021-ci il tarixli 134141 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 263.76 manat borc tutularaq "xxxx" X2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun 27.48 manatı Cavabdeh aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar