Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-390/2023 12.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ İHakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 17 yanvar 2022-ci il tarixli 729nkGNDJb/22 nömrəli kredit müqaviləsi üzrə 100 manat əsas borc, 2.4 manat faiz borcu, 0.22 manat komisyən haqqı olmaqla, cəmi 2491 manat və ödənilmiş 0.40 manat xidmət haqqının və 44.92 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi 06 iyun 2023-cü il tarixdə “evdə yoxdur” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə mərhum X3 arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20000 manat məbləğinədək krediti, kredit prosedurlarına görə 5% məbləğədək, kredit müraciəti üçün 5 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli sazişə əsasən “Bank” borcalanın mövcüd ödəniş kartına xx.xx.2025-ci il tarixinədək, illik 26% ödəmək şərtilə 2500 manat məbləğində krediti köçürməklə, “Borcalanın”ın mülkiyyətinə verilmişdir. Daşkəsən rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə X1 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Lakin cavabdeh AR MM-nin 1309-cu maddəsinə əsasən hərəkət etməyərək mirasın açılması barədə miras qoyanıın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 17 yanvar 2022-ci il tarixli 729nkGNDJb/22 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC X2 çoxu 120 ay müddətinə illik faiz 35%-də olmaq şərtilə 20000 m manat məbləğinədək krediti, kredit prosedurlarına görə 5% məbləğədək, kredit müraciəti üçün 5 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. İşə əlavə edilmiş 12 aprel 2023-cü il tarixli BANK/PİKMD/1095382 nömrəli Maliyyə arayışından görünür ki, X1 "xxxx" KB ASC-yə 12 aprel 2023-cü il tarixə 2453.30 manat əsas borc, 37.75 manat faiz borcu olmaqla, cəmi 2491.05 manat məbləğində borcu mövcuddur. İşə əlavə edilmiş 12 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 44.92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə X3 arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli 729nkGNDJb/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20000 manat məbləğinədək krediti, kredit prosedurlarına görə 5% məbləğədək, kredit müraciəti üçün 5 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. Daşkəsən rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə X1 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 2491.05 manat əsas borcu yaranmışdır. Şərh olunanlara və iş ürzə tərəfin tqədim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X3 arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli 729nkGNDJb/22 nömrəli kredit müqaviləsi üzrə 2491.05 manat borc Cavabdeh tutulub iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 44.92 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17 yanvar 2022-ci il tarixli 729nkGNDJb/22 nömrəli kredit müqaviləsi üzrə 2453.30 manat əsas borc, 37.75 manat faiz borcu olmaqla, cəmi 2491.05 manat borc, ödənilmiş 0.40 manat xidmət haqqı və 44.92 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-390/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-390/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver