Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-392/2023 12.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 avqust 2021-ci tarixli 24045213 nömrəli “Müqaviləyə” əsasən “SAMSUNG GALAXY A71” markalı mobil telefon üçün 1275 manat borc və ödənilmiş 32.75 manat dövlət rüsumu olmaqla, cəmi 1307.75 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 04 iyun 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2021-ci tarixli 24045213 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 64.40 manat ödəməklə 18 ay müddətinə “SAMSUNG GALAXY A71” markalı mobil telefonu 1304.20 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 145 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 26 avqust 2021-ci tarixli 24045213 nömrəli “Müqavilə” üzrə 1159.20 manat ödənilməmiş hissə və 115.80 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 26 avqust 2021-ci tarixli 24045213 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2021-ci tarixli 24045213 nömrəli “Müqavilə”yə əsasən “SAMSUNG GALAXY A71” markalı mobil telefonu satın almış, 26 avqust 2021-ci tarixli 24045213 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei kodu **********75833 olan “SAMSUNG GALAXY A71 DS (SM-A715) 128GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 03 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26 avqust 2021-ci il tarixli 24045213 nömrəli “Müqaviləyə” əsasən “SAMSUNG GALAXY A71” markalı mobil telefon üçün 1159.20 manat ödənilməmiş hissə və 115.80 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 04 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 32.75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 26 avqust 2021-ci il tarixli 24045213 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A71” markalı mobil telefonu 1304.20 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 145 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АР ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 26 avqust 2021-ci il tarixli 24045213 nömrəli üzrə hesablanmış 115.80 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26 avqust 2021-ci il tarixli 24045213 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A71” markalı mobil telefon üçün 1161.20 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 32.75 manat məbləğində dövlət rüsumunun 29.83 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26 avqust 2021-ci il tarixli 24045213 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A71” markalı mobil telefon üçün 1161.20 manat borcu və ödənilmiş 29.83 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-392/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-392/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver