Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-395/2023 04.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 sentyabr 2020-ci tarixli 21136598 nömrəli “Müqaviləyə” əsasən “LG LED” markalı televizor və “Samsung Galaxy A01” markalı mobil telefon üçün 164 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 194 manat məbləğin alınıb "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 06 iyun 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2020-ci tarixli 21136598 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 56.30 manat ödəməklə 18 ay müddətinə “LG LED” markalı televizor və “Samsung Galaxy A01” markalı mobil telefonu 1013.40 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 863.50 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 03 sentyabr 2020-ci tarixli 21136598 nömrəli “Müqavilə” üzrə 149.90 manat ödənilməmiş hissə və 14.10 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 03 sentyabr 2020-ci tarixli 21136598 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2020-ci tarixli 21136598 nömrəli “Müqavilə”yə əsasən “LG LED” markalı televizor və “Samsung Galaxy A01” markalı mobil telefonu satın almış, 03 sentyabr 2020-ci tarixli 21136598 nömrəli müqaviləyə əsasən 1 ədəd “LG LED 32LM6350” markalı televizor və 1 ədəd İmei kodu **********38916 olan “Samsung Galaxy A01 Core (SM-A013)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 04 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 sentyabr 2020-ci il tarixli 21136598 nömrəli “Müqaviləyə” əsasən “LG LED” markalı televizor və “Samsung Galaxy A01” markalı mobil telefon üçün 149.90 manat ödənilməmiş hissə və 14.10 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 05 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 03 sentyabr 2020-ci il tarixli 21136598 nömrəli müqaviləyə əsasən “LG LED” markalı televizor və “Samsung Galaxy A01” markalı mobil telefonu 1013.40 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 863.50 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АР ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 03 sentyabr 2020-ci il tarixli 21136598 nömrəli üzrə hesablanmış 14.10 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 sentyabr 2020-ci il tarixli 21136598 nömrəli müqaviləyə əsasən “LG LED” markalı televizor və “Samsung Galaxy A01” markalı mobil telefon üçün 150.90 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 вя 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 sentyabr 2020-ci il tarixli 21136598 nömrəli müqaviləyə əsasən “LG LED” markalı televizor və “Samsung Galaxy A01” markalı mobil telefon üçün 150.90 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-395/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-395/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver