Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-396/2023 12.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A02S” və 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 687 manat və 04 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 341 manat borc və ödənilmiş 30.28 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 03 iyun 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 47 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A02S” və 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 1013.40 manata satın almışdır. 04 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 31 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 372 manata satın almışdır. Cavabdehin MMC-yə 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli “Müqavilə” üzrə 624.40 manat ödənilməmiş hissə, 62.60 manat cərimə borcu və 04 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 310 manat ödənilməmiş hissə və 31 manat cərimə borcu olmaqla, ümumilikdə 1028 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 47 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 1013.40 manat olan 1 ədəd “Samsung Galaxy A02S” və 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu satın almış və 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********54934 “Samsung Galaxy A02S (SM-A025) 32GB” və 1 ədəd İMEİ kodu **********17239 “Samsung Galaxy A12 (SM-A125) 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 04 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 31 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 372 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 04 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********86889 olan “Blackview A70 3/32 GB X3 Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 09 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A02S” və 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 624.40 manat ödənilməmiş hissə və 62.60 manat cərimə borcu, 04 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 310 manat ödənilməmiş hissə və 31 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1028 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 10 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30.28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A02S” və 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 1013.40 manata və 04 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 372 manata satın almışdır. Cavabdehin MMC-yə 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli “Müqavilə” üzrə 624.40 manat ödənilməmiş hissə və 62.60 manat cərimə borcu, 04 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 310 manat ödənilməmiş hissə və 31 manat cərimə borcu olmaqla, ümumilikdə 1028 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 451 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli müqavilə üzrə hesablanmış 62.60 manat məbləğində cərimə azaldılaraq 2 manat, 04 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 31 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli və 04 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilələr üzrə ümumilikdə 938.40 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30.28 manat məbləğində dövlət rüsumunun 27.64 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 avqust 2021-ci il tarixli 23276873 nömrəli müqavilə üzrə 626.40 manat, 04 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 312 manat borcun və ödənilmiş 27.64 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-396/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-396/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver