Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-400/2025 09.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6600 manat borc məbləğinin, banka ödənilmiş 3108,92 manat faiz borcunun və ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6100 manat əsas borc məbləğinin və ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkləmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, cavabdehlərlə dörd il qonşu olmuşlar. 16 iyun 2021-ci ildə cavabdehlərə 8000 manat məbləğində borc pul vermiş, hissə-hissə ödəniş etdikdən sonra cavabdehlərin ona cəmi 6100 manat məbləğində borcu qalmışdır. O, pulu başqa şəxsdən borc aldığı üçün məcbur olub bankdan kredit götürərək qalıq məbləği ödəmişdir. Bundan sonra dəfələrlə cavabdehdən pulun geri ödənilməsini tələb etsə də, cavabdehlər hər dəfə müxtəlif bəhanlər gətirərək borcu ödəməkdən yayınmışlar. Cavabdehlər borc məbləğini ödəmək üçün özlərinə aid olan plastik pul kartını ona versələr də, sonradan kartı bağlatmışlar. Sonuncu dəfə pulun bir hissəsini sentyabr ayının 5-də ödəcəyini və qalan pulu ödəmək üçün əmək haqqı kartını ona vercəyini bildirsə də, vədinə əməl etməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı teleqramla məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Азярбайъан Республикасынын Мцлки Мяъяллясинин 1091.1-ci маддясиня ясасян, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-маддясиня görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məkəmə iclasında İşə əlavə edilmiş audio yazını əks etdirən diskə qulaq asılarkən Cavabdeh2 ilə İddiaçı arasında olan söhbətlərdən görünmüşdür ki, Cavabdeh2 hər bir söhbətdə borcunu yaxın günlərdə ödəyəcyini dəfələrlə bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdehlər məhkəməyə teleqram göndərərək iddia tələbini qəbul etdiklərini bildirmişlər. Məhkəmə iddia tələbinin etiraf edildilməsini 6000 manat pulun əsassız olaraq cavabdehlər tərəfindən əldə edilmiş olan hissədə tədiq etməklə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6000 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edlmiş 12 may 2025-cü il tarixli mədaxil qəbzindən görünür ki, X1 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 80 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, 20 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6000 (altı min) manat məbləğində pul vəsaiti və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-400/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-400/2025
09.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver