Məhkəmə qərarları › İş №2(030)-401/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-401/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-401/2023 14.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 28 iyun 2022-ci il tarixli RGTK5860637A184 saylı kredit müqaviləsi üzrə 2093.07 manat əsas, 62.47 manat faiz borcu olmaqla, cəmi 2155.54 manat kredit borcu və ödənilmiş 41.56 manat dövlət rüsumunun İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 15 iyun 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2022-ci il tarixli RGTK5860637A184 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 2151.32 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2093.07 manat əsas, 62.47 manat faiz borcu olmaqla, cəmi 2155.54 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İşə əlavə edilmiş 28 iyun 2022-ci il tarixli RGTK5860637A184 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2022-ci il tarixli RGTK5860637A184 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 20% olmaqla 48 ay müddətinə 2151.32 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 18 may 2023-cü il tarixli 15/2902 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 16 may 2023-cü il tarixə 2093.07 manat əsas, 62.47 manat faiz borcu olmaqla, cəmi 2155.54 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 17 may 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən ki, İddiaçı ASC tərəfindən 41.56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2022-ci il tarixli RGTK5860637A184 saylı “Kredit müqaviləsi” ilə sonuncuya illik 20 % olmaqla 48 ay müddətinə 2151.32 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 2093.07 manat əsas,62.47 manat faiz borcu olmaqla, cəmi 2155.54 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arasında bağlanmış 28 iyun 2022-ci il tarixli RGTK5860637A184 saylı kredit müqaviləsi üzrə cəmi 2155.54 manat məbləğ tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 41.56 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1,216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28 iyun 2022-ci il tarixli RGTK5860637A184 saylı kredit müqaviləsi üzrə 2155.54 manat məbləğində vəsait və ödənilmiş 41.56 manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar