Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-402/2023 07.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) cavabdehlər X3, Zamin1 və Zamin2 qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər X3, Zamin1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən 30 dekabr 2021-ci il tarixli 2047micGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə 772.59 manat əsas, 115.57 manat faiz, 47.66 manat cərimə borcu olmaqla, cəmi 935.82 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, cavabdehlərə göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 14 iyun 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır кi, "xxxx" KB ASC ilə cavabdeh X3 arasında bağlanmış 30 dekabr 2021-ci il tarixli 2047micGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 100000 manat 120 ay müddətinə kredit ayrılmış və 30 dekabr 2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 12 ay müddətinə illik 24% öəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu Zamin1 və Zamin2 ilə aramızda bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehlərn kredit müqaviləsi üzrə 772.59 manat əsas, 115.57 manat faiz, 47.66 manat cərimə borcu olmaqla, cəmi 935.82 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 30 dekabr 2021-ci il tarixli 2047micGNDJ/21 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC cavabdeh X2 100000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 120 ay müddətinə xx.xx.2031-ci il tarixinədək kredit ayrılmış və 30 dekabr 2021-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən 12 ay müddətinə xx.xx.2022-ci il tarixinədək illik 24% ödəmək olmaq şərtilə 1000 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 18 aprel 2023-cü il tarixli BANK/PİKMD/1097545 nömrəli Maliyyə arayışından görünür ki, X1 "xxxx" KB ASC-yə 18 aprel 2023-cü il tarixə 772.59 manat əsas, 115.57 manat faiz, 47.66 manat cərimə borcu olmaqla, cəmi 935.82 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 18 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə X3 arasında bağlanmış 30 dekabr 2021-ci il tarixli 2047micGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 100000 manat 120 ay müddətinə kredit ayrılmış və 30 dekabr 2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 12 ay müddətinə illik 24% öəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu Zamin1 və Zamin2 ilə aramızda bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 772.59 manat əsas, 115.57 manat faiz, 47.66 manat cərimə borcu olmaqla, cəmi 935.82 manat məbləğində kredit borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 30 dekabr 2021-ci il tarixli 2047micGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 47.66 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 30 dekabr 2021-ci il tarixli 2047micGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə 890.16 manat məbləğin tutulub iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 28.53 manatı və 0.40 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X3, Zamin1 və Zamin2 30 dekabr 2021-ci il tarixli 2047micGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə 890.16 manat manat borc, ödənilmiş 28.53 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutulub iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-402/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-402/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver