Məhkəmə qərarları › İş №2(030)-403/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-403/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-403/2023 07.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 02 iyun 2022-ci il tarixli 393nkGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə 3013.20 manat əsas, 592.59 manat faiz, 31.65 manat cərimə borcu olmaqla, cəmi 3637.44 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 56.38 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 16 iyun 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır кi, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2022-ci il tarixli 393nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixinədək illik 25% ödəmək olmaq şərtilə 3072 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 3013.20 manat əsas, 592.59 manat faiz, 31.65 manat cərimə borcu olmaqla, cəmi 3637.44 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. Ишə əlavə edilmiş 02 iyun 2022-ci il tarixli 393nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixinədək illik 25% ödəmək olmaq şərtilə 3072 manat məbləğində kredit verilmiş və ona bank hesabı açılmışdır. İşə əlavə edilmiş 18 aprel 2023-cü il tarixli BANK/PİKMD/1097477 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 18 aprel 2023-cü il tarixə 3013.20 manat əsas, 592.59 manat faiz, 31.65 manat cərimə borcu olmaqla, cəmi 3637.44 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 18 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 56.38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2022-ci il tarixli 393nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixinədək illik 25% ödəmək olmaq şərtilə 3072 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 3013.20 manat əsas, 592.59 manat faiz, 31.65 manat cərimə borcu olmaqla, cəmi 3637.44 manat məbləğində kredit borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 02 iyun 2022-ci il tarixli 393nkGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 31.65 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2022-ci il tarixli 393nkGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə 3607.79 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 56.78 manat dövlət rüsumunun 56 manatı və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 iyun 2022-ci il tarixli 393nkGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə 3607.79 manat manat borc, ödənilmiş 56 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar