Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-406/2023 23.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 sentyabr 2016-cı ildə anadan olmuş X2 və 06 noyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 2015-ci ildə ailə qurmuşlar. Aralarındakı nikahı 02 mart 2017-ci ildə 4 saylı Bakı “Asan Xidməti” Mərkəzi Qeydiyyat şöbəsində 418 saylı akt qeydi ilə qeyd etdirmişlər. Birgə nikahdan 21 sentyabr 2016-cı ildə Fatimə və 06 noyabr 2017-ci ildə Nihad adlı iki uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa göprə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(030)-54/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və uşaqlarının maddi təminatı üçün hər uşağa 90 manat olmaqla, cəmi 180 manat məbləğində aliment təyin edilmişdir. Hal-haızrda heç bir yerdə işləmir. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır. Cavabdeh isə alimentdən başqa uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. O, isə günün tələblərinə uyğun olaraq uşaqlarının maddi tələbatını təkbaşına ödəyə bilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtıl və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 21 sentyabr 2016-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 01 iyun 2017-ci il tarixdə 96 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 06 noyabr 2017-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 30 yanvar 2018-ci il tarixdə 13 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(030)-54/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Nuriyeva Hicran Qoşqar qızı ilə Cavabdeh arasında bağlanmış, 4 saylı Bakı “Asan Xidməti” Mərkəzi Qeydiyyat şöbəsində 02 mart 2017-ci il tarixdə 418 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən iddiaçı Nuriyeva Hicran Qoşqar qızına nikahdan əvvəlki “Əsəgrova” soyadını bərpa etmək hüququnun olmasının izah edilməsi, tərəflərin birgə nikahından – 21 sentyabr 2016-cı ildə anadan olmuş X2 və 06 noyabr 2017-ci ildə anadan olmuş X1 iddiaçı Nuriyeva Hicran Qoşqar qızının himayəsində saxlanılması, 21 sentyabr 2016-cı ildə anadan olmuş X2 və 06 noyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 11 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq iddiaçı Nuriyeva Hicran Qoşqar qızına ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 may 2023-cü il tarixli MŞG/1/MT007/2023 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 24 may 2023cü il tarixdə saat 12:45-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən cavabdehə 16 may 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 55 manat məbləğində xərci tam ödəmişdir. İşə əlavə olunmuş telefonaqramadan görünür ki, Cavabdeh iddia tələbini qəbul etmədiyini, heç bir yerdə işləmədiyi üçün iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. İşin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2015-ci ildə ailə qurmuşlar. Aralarındakı nikahı 02 mart 2017-ci ildə 4 saylı Bakı “Asan Xidməti” Mərkəzi Qeydiyyat şöbəsində 418 saylı akt qeydi ilə qeyd etdirmişlər. Birgə nikahdan 21 sentyabr 2016-cı ildə X2 və 06 noyabr 2017-ci ildə X3 anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(030)- 54/2019 saylı qətnaməsi ilə iddiaçı Nuriyeva Hicran Qoşqar qızı ilə Cavabdeh arasında bağlanmış, 4 saylı Bakı “Asan Xidməti” Mərkəzi Qeydiyyat şöbəsində 02 mart 2017-ci il tarixdə 418 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulmuş, tərəflərin birgə nikahından – 21 sentyabr 2016-cı ildə anadan olmuş X2 və 06 noyabr 2017-ci ildə anadan olmuş X1 iddiaçı Nuriyeva Hicran Qoşqar qızının himayəsində saxlanılması, 21 sentyabr 2016-cı ildə anadan olmuş X2 və 06 noyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 11 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq iddiaçı Nuriyeva Hicran Qoşqar qızına ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı 21 sentyabr 2016-cı ildə anadan olmuş X2 və 06 noyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çanatadək saxlanılması üçün hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2019-cu ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı uşaqlarının saxlanılması üçün hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 21 sentyabr 2016-cı ildə anadan olmuş X2 və 06 noyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mübahisə üzrə 24 may 2023-cü il tarixdə saat 12:45-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər razılığa gəlməmişlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 manat mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(030)-54/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 21 sentyabr 2016-cı ildə anadan olmuş X2 və 06 noyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 150 (bir yüz əll) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-406/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-406/2023
23.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver