Məhkəmə qərarları › İş №2(030)-408/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-408/2024

03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-408/2024 03.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh söküb aparmış olduğu ona məxsus olan 114 metr olmaqla 38 ədəd dəmir barmaqlıqların, həmin barmaqlıqların bərkidildiyi 41 ədəd dəmir dirəklərin cavabdeh tərəfindən, cavabdehin hesabına öz yerinə bərpa edilməsi və ya həmin barmaqlıqların və dəmir dirəklərin cavabdeh tərəfindən sökülüb aparılması nəticəsində ona dəymiş 4000 (dörd min) manat zərərin və ödədilmiş dövlət rüsumunun Cavabdeh oglundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə mübahisəni öz aralarında həll etdikləri üçün iddiadan könüllü olaraq imtina etdiyini bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan vəziyyətdə Daşkəsən Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 2(030)-408/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddia tələbinə 114 metr olan 38 ədəd dəmir barmaqlıqların və həmin barmaqlıqların bərkidildiyi 41 ədəd dəmir dirəklərin cavabdeh tərəfindən sökülüb aparılması nəticəsində dəymiş 4000 (dörd min) manat zərərin ödənilməsinə dair hissədə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, özünə məxsus 0.71 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə hasar kimi çəkmiş olduğu və Cavabdeh söküb apardığı və ona məxsus olan 114 metr olmaqla 38 ədəd dəmir barmaqlıqların və həmin barmaqlıqların bərkidildiyi 41 ədəd dəmir dirəklərlərin ona qaytarılması ilə bağlı razılığa gəlmişlər. Ona görə də iddiadan imtina barədə ərizə vermişdir. Lakin, cavabdeh dəmir barmaqlıqların və həmin barmaqlıqların dirəklərinin öz yerinə bərpa edilməsi məsələsini aralarında olan digər bir torpaq mübahisəsi üzrə veriləcək ekspert rəyindən sonra həll edəcəyini bildirir. Bu isə bir neçə ay ərzində mümkün ola bilər ki, bu müddət onu qane etmir. Odur ki, iddia tələbinin dəmir barmaqlıqların və dirəklərin yerinə bərpa edilməsi hissəsinə baxılmasını tələb edir. Göründüyü kimi iddiaçı məhkəməyə vermiş olduğu ərizəsində iddiadan bütünlüklə imtina etdiyini qeyd etsə də, hazırda izahatında iddia tələbinin bir hissəsinə baxılmasını tələb edir. Belə olan vəziyyətdə iddia tələbini imtina edilməmiş hissəsinə mahiyyəti üzrə baxılmalıdır. İddiaçının nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasında bildirmişdir ki, tələb əsaslıdır. Bununla belə, tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı söhbətlər gedir. Buna görə də onlara bir qədər vaxt verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi barmaqlıqlar və dəmir dirəklər ona məxsus torpaq sahəsində yerləşdiyi üçün onları söküb aparmışdır. O, tələb edilən barmaqlıqları və dəmir dirəkləri iddiaçıya qaytarmağa razıdır. Lakin, iddiaçının dirəkləri basdırmaq istədiyi torpaq sahəsi ona məxsus olduğu üçün, bu barədə razılığa gəlməmişlər. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş vəkil X2 iddiaçı Cavabdeh ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçının vəsatəti əsasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, İddiaçı tanıyır. Cavabdehi isə tanımır. İddiaçı torpaq sahəsini Şahid1 satın almış və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Torpaq sahəsinin ətrafını dəmir reşotka ilə hasara almış, onları qaynaqla bərkitmişdir. İddiaçının vəsatəti əsasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İddiaçı tanıyır. Cavabdehi isə tanımır. İddiaçı torpaq sahəsini Şahid1 satın almış və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən yaşamışdır. Ələddin orada təsərrüfat və əkinbiçinlə məşğul olmuşdur. İddiaçının vəsatəti əsasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, tərələri tanıyır. İddiaçı ilə qonşudurlar. Cavabdeh dəfələrlə onların yaşadığı əraziyə gələrək qonşulara məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onların pay torpaq sahəsi olduğunu iddia etmişdir. İddiaçı qeyd edilən torpaq sahəsini Şahid1 satın almış, həmin torpaq sahəsində birmərtəbəli kürsülü ev inşa etmişdir. Torpaq sahəsinin ətrafı açıq olmuş, sonradan İddiaçı torpaq sahəsinin ətrafını dəmirlə hasara almışdır. İddiaçının vəsatəti əsasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşudurlar. 1992-ci ildə o, Akif və digər iki nəfər kəndinin kənarında qeyd edilən ərazidə fərdi yaşayış evi inşa etmişlər. 1998-ci ildə torpaq islahatı aparılmışdır. Sonradan Akif torpaq sahəsini Ələddinə satmışdır. Akif torpaq sahəsinin müəyyən hissəsinin bağlasa da, böyük hissəsinin ətrafı açıq qalmışdır. Sonradan Ələddin torpaq sahəsinin kənarını dəmir ilə hasarlanmışdır. İddiaçının vəsatəti əsasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. Həmin vaxtlar torpaq sahəsinin kənarları açıq olmuşdur. Torpaq sahəsinin kənarlarını İddiaçı dəmir ilə hasarlamışdır. İşə əlavə edilmiş Daşkəsən rayon TİB-də təsdiq edilmiş 20 sentyabr 1985-ci il tarixli 344 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportun surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi bütövlüklə X4 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-530A Serialı KOD 50605028 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kənd sakini Şahid1 Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2008-ci il tarixli 01 saylı protokolundan 20 noyabr 2008-ci il tarixli 1 nömrəli çıxarışın surətindən görünür ki, Xoşbulaq kənd sakini İddiaçı ərizəsi və toplanmış materiallar nəzərə alınaraq 0,12 ha həyətyanı torpaq sahəsi olduğuna görə onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi məqsədəuyğun hesab edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 29 aprel 2017-ci il tarixli 05 nömrəli qərarının surətindən görünür ki, Xoşbulaq bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən alqı-satqı qaydasında və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Xoşbulaq kənd sakini X5 beş ildən artıq Xoşbulaq bələdiyyəsinin ərazisində yaşadığını nəzərə alaraq 0,12 ha həyətyanı torpaq sahəsinin hərrac və ya müsabiqədən kənar satılması barədə müraciəti, müvafiq sənəndləri nəzərə alınmışdır. İşə əlavə edilmiş Daşkəsən rayon Xoşbulaq bələdiyyəsində 01 may 2017-ci il tarixdə 16 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısı müqaviləsinin surətindən görünür ki, X1 rayon Xoşbulaq bələdiyyəsinə 24 aprel 2017-ci il tarixdə fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə iclasında baxılmış və Xoşbulaq bələdiyyə ərazisindən 0,12 ha torpaq sahəsinin satılması barədə 29 aprel 2017-ci il tarixli 05 nömrəli qərar qəbul edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Xoşbulaq bələdiyyəsində 01 may 2017-ci il tarixdə 17 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısı müqaviləsinin surətindən görünür ki, X1 rayon Xoşbulaq bələdiyyəsinə 24 aprel 2017-ci il tarixdə fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi almaq barədə müracət etmişdir. Ərizəyə bələdiyyə iclasında baxılmış və Xoşbulaq bələdiyyə ərazisindən 0,12 ha torpaq sahəsinin satılması barədə 29 aprel 2017-ci il tarixli 05 nömrəli qərar qəbul edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivinin 13 oktyabr 2023-cü il tarixli 3-48- 13RA/2-B-203-8/2023 saylı arxiv çıxarışının surətindən görünür ki, Daşkəsən rayon Zağalı kənd İƏDÜN-nin 1996-2000-ci illəd əhatə edən Xoşbulaq kəndinə dair 145 saylı təsərrüfatbaşına kitabının 29 №-li şəxsi hesabından ailə başçısı İddiaçı adına Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,12 ha torpaq sahəsi qeydə alınmışdır. İşə əlavə edilmiş Daşkəsən rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polistinanh X7 cinayət işinin başlanmasının rədd olunması haqqında 29 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə görə, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5-ci bəndinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci bəndinə görə, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı ümumilikdə 0.71 ha torpaq sahəsinin ona məxsus olmasını bildirmiş olsa da, həmin torpaq sahələrinin ona verilməsi barədə müqavilələr bağlanmamış və torpaq sahələri üzərində hüquqlar müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməmişdir. Həmçinin torpaq sahəsinin sərhədləri yerində müəyyən olunmamış, onların planı və ölçüsünün tərtib edilməmişdir. Mübahisə predmetinə aid torpaq sahələrindən yalnız 0.10 ha topraq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-530A serialı KOD 50605028 olan şəhadətnamə verilmişdir ki, həmin şəhadətnaməyə əsasən bu torpaq sahəsi Şahid1 mülkiyyəti sayılır. Həmin torpaq sahəsi üzərində iddiaçının sahiblik və ya istifadə hüququnu müəyyən edən hər hansı bir müqavilə mövcud deyildir. Şahid1 tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə iki il müddətinə etibarnamə verilmiş olsa da, bu etibarnamə əsasında İddiaçı öz adından deyil, mülkiyyətçinin adından hərəkətlər edə bilər. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, torpaq sahələrinin iddiaçıya verilməsi barədə müqavilələr bağlanmamış və torpaq sahələri üzərində hüquqlar müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməmiş, həmçinin torpaq sahələrinin sərhədləri yerində müəyyən olunmamış, torpaq sahələrinə dair iddiaçının adına planı və ölçüsü sənədləri tərtib edilməmiş olduğundan iddiaçı həmin ərazinin hasara alınmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tıləbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı dəmir barmaqlıqların və dirəklərin yerinə bərpa edilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş 60 (altmış) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar