Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-409/2024 30.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Səmədova (Məmmədova) Cehunə Sahib qızının, Cavabdeh2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İsa oğluna qarşı mənimsənilmiş sosial müavinət pulunun ona qaytarılması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Səmədova (Məmmədova) Cehunə Sahib qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İsa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İsa oğlundan qanunsuz yolla əldə edib mənimsədikləri 8389 manat məbləğində pul vəsaitinin, ödənilmiş 105 manat dövlət rüsumunun, 65 manat mediasiya xərcinin və iddia ərizəsinin tətrtibi üçün ödədiyi 100 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 İsa oğlu ilə aralarındakı nikahı 05 noyabr 2019-cu il tarixdə Daşkəsən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 06 avqust 2019-cu ildə Zəhra adlı bir uşaqları doğulmuşdur. Zəhra doğulduqdan sonra anadangəlmə iflic olduğu müəyyən edilmişdir. Zəhranın xəstəliyi ilə əlaqədar olaraq 2020-ci ildə onu Bakı şəhərinə aparıb tibbi müayinədən keçirdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Zəhranın anadangəlmə əlil olması ilə əlaqədar saxlanması üçün onun adına sosial müavinəti təyin edilmişdir. 19 aprel 2020-ci ildə Daşkəsən rayonunda yerləşən "xxxx" ASC-də onun adına ******************** rəqəmli hesab nömrəsi açılmış və ona bank kartı verilmişdir. Məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin hesabdan çıxarışa əsasən 23 avqust 2021-ci il tarixdən müavinət ödənişlərinə başlanmışdır. Qızı Zəhraya təyin edilmiş müavinət pulunun alınması ilə əlaqədər bank kartı açıldıqdan sonra Cavabdeh1 atası Cavabdeh2 göstərişi ilə kartı ondan alıb atasına vermişdir. Cavabdeh2 Zəhranın müavinətini hər ay almış və ailə büdcəsinə aylıq yığılan pula Göygöl rayonu Yeni Qızılca kəndində qayınına ev tikdirmişdir. Bütün bu əməliyyata cavabdeh olan qayınatası rəhbərlik etmişdir. Halbuki, cavabdehlər həmin məbləği Zəhranın tələbatına, dava-dərmanına sərf etməli idilər. Cavabdehlər 27 iyul 2021-ci il tarixdən 27 dekabr 2021-ci il tarixə kimi hər ay 200 manat, 27 yanvar 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixə kimi hər ay 280 manat, 25 yanvar 2023-cü il tarixdən 28 yanvar 2024-cü il tarixə kimi hər ay 300 manat, 21 mart 2024-cü il tarixə 124 manat məbləğində pulu onun adına olan bank kartından 8389 manat məbləğində pul vəsaiti çıxararaq mənimsəmişlər. Cavabdeh2 onun qayınatasıdır. Uşaq xəstə doğulduğu üçün cavabdehlər və qayınanasını onu günahkar bilmiş, bu səbəbdən də ona qarşı münasibətləri pisləşmişdir. Uşaq xəstə olduğu üçün 12 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Qızı Zəhranın vəfatından sonra əri və onun ailə üzvüləri heç bir səbəb olmadan onu təhqir etdikləri üçün məcbur olub valideynlərinin yanımna qayıtmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh1 İsa oğlu ilə nikahlarından 06 avqust 2019-cu ildə Zəhra adlı uşaqları doğulmuşdur. Cavabdeh2 onun qayınatasıdır. Zəhra doğulduqdan sonra anadangəlmə iflic olduğu müəyyən edilmişdir. Buna görə uşağa dövlət tərəfindən müavinət təyin edilmişdir. Cavabdehlər onun adına olan kartdan 2021-2024-cü il tarixə qədər aylıq müavnətləri əldə edərək cəmi 8389 manat məbləğində pul vəsaiti çıxararaq mənimsəmişlər. Həyat yoldaşı hərbiçi olduğundan daima evdə omamışdır. Qaınatası bu işlərə başçılıq etmişdir. Özü heç bir yerdə işləməmiş və əmək haqqı almamışdır. 8389 manat məbləğində pul ona məxsusdur və ona qaytarılmalıdır. Qayınatasının evinə qayıtmaq fikirində deyildir. Dövlət rüsumunu Cavabdeh2 ödəyərsə buna etirazı yoxdur. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı Cehunə Səmədova gəlini, Cavabdeh1 isə oğludur. Onların birgə nikahlarından 06 avqust 2019-cu ildə Zəhra adlı bir uşaqları doğulmuşdur. Uşaq anadangəlmə iflic olduğu üçün daima müalicə ehtiyacı olmuşdur. Uşağı müalicə etdirmək üçün dəfələrlə Bakı şəhərinə aparmış, xəstəxana ödənişləri və dərman vasitələri üçün xeyli miqdarda xərc çəkmişdir. Bütün bunlara baxmayaraq, nəvəsi Zəhra 12 fevral 2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı onlarla bilrikdə yaşamış, iddiaçının və uşağın bütün xərcləri ailənin ümumi vəsaiti hesabına ödənilmişdir. O, nəvəsi Zəhra üçün təyin edilmiş müavinətin uşağın mülaicəsinə sərf etmiş, eyni zamanda müalicə xərci çox olduğu üçün əlavə xərclər də çəkmişdir. O, qeyd edilən müavinəti ancaq uşaq üçün xərcləmişdir. Odur ki, iddia tələbi əsassızdır. Buna baxmayraq Cehunə Səmədova onun gəlinidir. Cehunənin qayıdıb onlarla birlikdə yaşamasına etiraz etmir. Cehunə məhkəmədə iddia qaldırmaq üçün rüsum ödəmişdir ki, onlar imkansız ailə olduqları üçün rüsumu ödəməyi öhdəsinə götürür və ondan tutulmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 İsa oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, özü hərbi qulluqçudur. Hər ay əmək haqqı alır. X7 onun arvadıdır. Uşağın müavinət kartı ailə başçısı kmi atasında olmuşdur. X3 və eləcə də uşağın müalicəsinə lazım olan xərcləri atası və özü çəkmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 İsa oğlu ilə X7 arasında 05 noyabr 2019-cu ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 avqust 2019-cu ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. Atası Cavabdeh1 İsa oğlu, anası X4r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 04 sentyabr 2019-cu il tarixdə 151 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş atalığın məyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 İsa oğlu 06 avqust 2019-cu ildə X1 doğulmuş X6 atası hesab edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində atalığın məyyən edilməsi haqqında akt qeydləri kitabında 04 sentyabr 2019-cu il tarixdə 52 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 fevral 2024-cü il tarixdə ölmüşdür. Bu barədə Göygöl rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 20 fevral 2020-ci il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Samux 1 saylı Mediasiya təşkilatının 19 aprel 2024-cü il tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokolun surətindən görünür ki, “nikahın pozulması, pul tələbi” üzrə mübahisənin X7 ilə Cavabdeh1 İsa oğlunun qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müyyən edildiyi üçün xitam verilmişdir. X7 tərəfindən ilkin mediasiya sesiyası üçün 55 manat, Cavabdeh1 İsa oğlu tərəfindən tam mediasiya sesiyası üçün 55 manat pul vəsaiti ödənilmişdir. İşə əlavə edilmiş 18 aprel 2024-cü il tarixli BPM**********05 nömrəli mədaxil qəbzindən görünür ki, X7 tərəfindən 56 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşə əlavə edilmiş 18 aprel 2024-cü il tarixli BPM**********04 nömrəli mədaxil qəbzindən görünür ki, X7 tərəfindən 11 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşə əlavə edilmiş 22 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X7 tərəfindən 105 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 19 aprel 2024-cü il tarixli ABB-dən əldə edilmiş olan hesabdan çıxarışın surətindən görünür ki, X3 adına olan kart hesabına xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək sosial müavinət ödənişləri ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əasən, sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 4-cü maddəsində müavinətlərin növləri göstərilmişdir: 4.0.1.3. əlilliyə görə müavinət 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət; 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət. Göründüyü kimi qanunvericilikdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların sırasından övladlığa götürülən uşağa və himayədar ailəyə verilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin verilməsi nəzərdə tutulmuşdur. Yəni həmin kateqoriyadan olan uşaqların həm saxlanılmasına görə, həm də əlilliyinə görə müavinət verildiyi halda öz, valideynlərinin himayəsində olan uşaqlara əlilliyiyə görə müavinət verilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə müavinət verilən uşaq övladlığa götürülən və yaxud himayədar ailəyə verilmiş uşaq deyil, öz valideynlərinin himayəsində olmuşdur. Bu kimi uşaqların tərbiyə edilməsinə görə müavinətin verilməsi nəzərdə tutulmamuşdur. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı X3 Cavabdeh1 İsa oğlu ilə nikahından 06 avqust 2019-cu ildə X8 doğulmuşdur. Zəhra anadangəlmə iflic olmuş, xəstəliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən uşağa sosial müavinət təyin edilmiş və "xxxx" ASC tərəfindən X3 adına ödəniş kartı verilmişdir. X8 12 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Hazırda tərəflər aralarında yaranmış narazılığa görə ayrı yaşasalar da, rəsmən evlidirlər. Məhkəmə qeyd edir ki, azyaşlı Zəhranın əlil olması ilə əlaqədar ona verilən sosial müavinət olan pul vəsaiti uşağa sosial yardım göstərilməsi məqsədilə yalnız uşağın sosial müdafiəsinin təminatı üçün nəzərdə tutulmuşdur. Ödəniş kartının iddiaçının adına açılmış olması həmin pul vəsaitinin onun mülkiyyəti olmasına dəlalət etmir. Odur ki, azyaşlı Zəhranın əlil olması ilə əlaqədar ona verilən sosial müavinət olan pul vəsaiti iddiaçının mülkiyyəti sayılmır. Qanunvericiliyə əsasən baba yaxın qohum sayılır. Uşağa verilən müavinət iddiaçının razılığı ilə babası tərəfindən nəğdləşdirilmişdir. Sosial müavinət olan pul vəsaitinin uşağın valideynləri, yaxud da babası tərəfindən nəğdləşdirilib əldə edilməsindən asılı olmayaraq, həmin müavinət uşağın ehtiyaclarına sərf edilmişdirsə qanunsuz hərəkətə yol verilməmişdir. İşin hallarından göründüyü kimi uşaq doğulduqdan vəfat edənə qədər olan dövr ərzində iddiaçı işləməmiş, müstəqil qazanca malik olmamış, uşağın saxlanılmasına pul sərf etməmişdir özü və uşağı cavabdehlərlə bir ailənin tərkibində olmuşlar. Cavabdeh tərəf etirazının dəlillərində həm müavinətin, həm də iddiaçının, eləcə də onun uşağının bütün maddi ehtiyacları üçün zəruri olan xərcləri ödəməklə iddiaçıya və uşağa sərf etmiş olduqlarını bildirirlər. İddiaçının bildirdiklərinə görə isə müavinət uşağa sərf edilməmişdir. Belə olan halda uşağa müavinət təyin edildiyi 2021-ci ilin avqust ayından, onun vəfat etdiyi 2024-cü ilin fevral ayına qədər olan 2 il 7 ay müddət ərzində iddiaçının, xüsusən də onun uşağının maddi ehtiyaclarının cavabdehlər tərəfindən sərf edilmiş olan vəsait hesabına deyil, başqa vəsait hesabına təmin edilmiş olmasının sübuta yetirilməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb edən məsələdir. Bu məsələyə aydınlıq gətirilməsi və sübutlar təqdim edilməsi iddiaçının sübutetmə vəzifəsindən irəli gəlir. Qeyd edilən hallarla bağlı iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Məhkəmə onu da qeyd edir ki, qanunvericiliyə əsasən müavinət uşağa verildiyindən müavinət pulu yalnız uşağın mənafe və maraqları naminə tələb edilə bilər. Uşaq vəfat etdiyindən həmin pulun uşağın ehtiyaclarına, onun müalicəsinə sərf edilməsi hal-hazırda və bundan sonra da mümkün deyildir. Belə olan vəziyyətdə iddiaçının 8389 manat məbləğində pulu yalnız öz xeyrinə tələb etmiş olması halı aşkara çıxır və buna görə də tələb onun mənafe və maraqlarından irəli gələn hesab edilir. Buradan isə iddia tələbinin qanuni əsaslarının olmaması halı aşkar olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin Beləliklə, iddia tələbi əsassız sayılaraq təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsassız sayılmasına baxmayaraq məhkəmə iclasında qətnamə çıxarılana qədər Cavabdeh2 məhkəmə xərclərindən dövlət rüsumunun ona aid edilməsini xahiş etmiş, iddiaçı isə buna etiraz etməmişdir. Bu məsələ cavabdehin etirafı kimi deyil, məhkəmə xərclərinin bölüşdürülməsinin tərəflər arasında razılığı kimi qəbul edilərək, iddianın rədd edilməsindən asılı olmayaraq 105 manat dövlət rüsumu Cavabdeh2 aid edilməklə ondan tutulub iddiaçı X5 verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. Hazırki halda iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməyərək cavabdehin ona pul borcunun olmasını təsdiq sübutları məhkəməyə təqdim etmədiyindən iddia təmin edilməməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Tərəflərin razılığına əsasən 105 (bir yüz beş) manat dövlət rüsumu Cavabdeh2 tutulub iddiaçı X5 verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-409/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-409/2024
30.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver