Məhkəmə qərarları › İş №2(030)-410/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-410/2024

09.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-410/2024 09.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı qızının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 16 saylı notariat ofisində bağlanmış 05 iyul 2023-cü il tarilxi kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə 4000 manat kredit borcunun və ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 4060 manat məbləğin alınıb ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı teleqramla məhkəməyə müraciət edib, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rəhmanov küçəsindən torpaq sahəsi alaraq ev inşa etdirmişdir. Hazırda ünvan 1 ünvanında yaşayır. 08 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasında həmin ünvana müvəqqəti qeydiyyata düşmüş və bu barədə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi almışdır. Cavabdeh yaşadığı Binə qəsəbəsində tanımışdır. Cavabdeh onun inamını və etibarını qazanmışdır. 2023-cü ilin iyul ayında cavabdeh ev inşa etdirmək istədiyini, bunun üçün pula ehtiyacı olduğunu bildirərək ondan 4000 manat məbləğində borc pul istəmiş və hər ay 200 manat qaytarcağını bildirmişdir. O, da cavabdehə inandığı üçün notariat qaydada ona borc pul verməyə razılşamış və onunla cavabdeh arasında Bakı şəhəri 16 saylı notariat ofisində 05 iyul 2023-cü il tarilxi kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, cavabdehə 4000 manat borc pul vermiş, cavabdeh isə hər növbəti ayın 25-də 200 manat olmaqla 05 aprel 2025-ci il tarixədək pulu ona ödəməyi öhdəsinə götürmüşdür. Aralarında müqavilə bağlandıqdan sonra o, cavabdehə 4000 manat borc versə də, bu günəıdək cavabdeh heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehlə mobil telefon vasitəsi ilə əlaqə saxlasa da, cavabdehin özünə müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Bakı şəhəri 16 saylı notariat ofisində təsdiq edilmiş 05 iyul 2023cü il tarixli 3M-110 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı qızı ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2023-cü il tarixli 3M-110 nömrəli kredit müqaviləsinin 1-ci bəndində əsasən “Borc verən” “Borc alana” hər növbətin ayın 25-də 200 manat ödəmək şərti ilə 4000 manat borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, “Borc alan” krediti 05 aprel 2025-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci maddəsinə əsasən, “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. İşə əlavə edilmiş 05 iyul 2023-cü il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Bakıxanov filialının depozit hesabına notarius Gülüş Abıyevanın 05 iyul 2023-cü il tarixli 673 saylı məktuba əsasən alqı-satqı müqaviləsi üzrə 4000 manat məbləğində pul vəsaiti köçürmüşdür. İşə əlavə edilmiş 02 may 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı qızı ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2023-cü il tarixli 3M-110 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 4000 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin krediti 05 aprel 2025-ci il tarixədək hər ay 200 manat ödəmək şərti ilə İddiaçı qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə 4000 manat məbləğində borc ödənilməmiş qalmışdır. İddiaçı qızı haqlı olaraq Cavabdeh arasında Bakı şəhəri 16 saylı notariat ofisində bağlanmış 05 iyul 2023-cü il tarilxi kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə 4000 manat kredit borcunun və ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 4060 manat məbləğin alınıb ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və öhdəliyin icrasının vaxtından əvvəl tələb edilməsi barədə iddiaçının iddiası əsaslıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi, borc verən borcalan Cavabdeh 05 iyul 2023cü il tarixli 3M-110 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi aşkardır və mövcuddur. Məhkəmə hesab edir ki, İddiaçı qızı ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2023cü il tarixli 3M-110 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 744.1-ci maddəsinə görə, borc müqaviləsi müəyyən müddət üçün sabit faizlərin şərtləşdirilməsi ilə bağlana bilər. Azərbaycan Respublikası MPM-nin 439.1-ci maddəsinə əsasəm, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. HəminMəcəllənin 440.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 manat pul məbləği alınıb İddiaçı qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı qızı ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2023-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 4000 manat əsas borc və ödənilmiş 60 manat dövlət rüsmunun olmaqla, cəmi 4060 (dörd min altmış) manat məbləği alınaraq İddiaçı qızına verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar