Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-411/2023 19.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 8” markalı mobil telefon üçün 179 manat, 26 mart 2021-ci il tarixli 22416631 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Dnepr” markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, matrass-standart, “Verona” markalı alyans-masa, 5 ədəd “Venetsiya” markalı stul üçün 1163 manat, 26 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı paltaryuyan və soyuducu üçün 2844.40 manat borc və ödənilmiş 64.71 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 16 iyun 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 32.70 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X3 8” markalı mobil telefonu 528.40 manata satın almışdır. 26 mart 2021-ci il tarixli 22416631 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 83 manat ödəməklə 24 ay müddətinə 1 ədəd “Dnepr” markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, matrass-standart, “Verona” markalı alyans-masa, 5 ədəd “Venetsiya” markalı stulu 2026 manata satın almışdır. 26 dekabr 2021-ci l tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 129.50 manat ödəməklə 24 ay müddətinə 1 ədəd "xxxx" markalı paltaryuyan və soyuducunu 3108 manata satın almışdır. Cavabdehin MMCyə 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli “Müqavilə” üzrə 162.60 manat ödənilməmiş hissə və 16.40 manat cərimə borcu, 26 mart 2021-ci il tarixli 22416631 nömrəli “Müqavilə” üzrə 1057.10 manat ödənilməmiş hissə və 105.90 manat cərimə borcu, 26 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 2844.40 manat ödənilməmiş hissə və 284.60 manat cərimə borcu olmaqla, ümumilikdə 4471 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1598.30 manat təşkil edir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 32.70 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 528.40 manat olan “X3 8” markalı mobil telefonu satın almış və 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********25948 olan “X3 8 2021 4/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 26 mart 2021-ci il tarixli 22416631nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26 mart 2021-ci il tarixli 22416631 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 83 manat ödəməklə 24 ay müddətinə alqı-satqı qiyməti 2026 manat olan 1 ədəd “Dnepr” markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, matrass-standart, “Verona” markalı alyans-masa, 5 ədəd “Venetsiya ” markalı stulu satın almış və 26 mart 2021-ci il tarixli 22416631 nömrəli müqaviləyə əsasən 1 ədəd “Dnepr” markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, matrassstandart(160x200x18-URE), “Verona” markalı alyans-masa, 5 ədəd “Venetsiya FS-5” markalı stul Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 26 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 129.50 manat ödəməklə 24 ay müddətinə alqı-satqı qiyməti 3108 manat olan 1 ədəd "xxxx" markalı paltaryuyan və soyuducunu satın almış və 26 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung WW65AS00CE/LP ağ” markalı paltaryuyan və “Samsung RT53K6510EF/WT bej” markalı soyuducu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 19 aprel 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 8” markalı mobil telefon üçün 162.60 manat ödənilməmiş hissə və 16.40 manat cərimə borcu, 26 mart 2021-ci il tarixli 22416631 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Dnepr” markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, matrass-standart, “Verona” markalı alyansmasa, 5 ədəd “Venetsiya ” markalı stul üçün 1057.10 manat ödənilməmiş hissə və 105.90 manat cərimə borcu, 26 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı markalı paltaryuyan və soyuducu üçün 2844.40 manat ödənilməmiş hissə və 284.60 manat cərimə borcu olmaqla, ümumilikdə isə 4471 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 22 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 64.71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 8” markalı mobil telefonu 528.40 manata, 26 mart 2021-ci il tarixli 22416631 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Dnepr” markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, matrass-standart, “Verona” markalı alyans-masa, 5 ədəd “Venetsiya ” markalı stulu 2026 manata, 26 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı paltaryuyan və soyuducunu 3108 manata satın almışdır. Cavabdehin MMC-yə 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli “Müqavilə” üzrə 162.60 manat ödənilməmiş hissə və 16.40 manat cərimə borcu, 26 mart 2021-ci il tarixli 22416631 nömrəli “Müqavilə” üzrə 1057.10 manat ödənilməmiş hissə və 105.90 manat cərimə borcu, 26 dekabr 2021-ci il tarixli ******* “Müqavilə” üzrə 2844.40 manat ödənilməmiş hissə və 284.60 manat cərimə borcu olmaqla, ümumilikdə 4471 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 1598.30 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli müqavilə üzrə hesablanmış 16.40 manat məbləğində cərimə azaldılaraq 2 manat, 26 mart 2021-ci il tarixli 22416631 nömrəli müqavilə üzrə hesablanmış 105.90 manat məbləğində cərimə azaldılaraq 3 manat , 26 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilələr üzrə hesablanmış 284.60 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli müqavilə ürzə 164.60 manat, 26 mart 2021-ci il tarixli 22416631 nömrəli müqavilə ürzə 1060.10 manat, 26 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 2849.40 manat olmaqla, ümumilikdə 4074.10 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 64.71 manat məbləğində dövlət rüsumunun 59 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 avqust 2021-ci il tarixli 24047205 nömrəli müqavilə ürzə 164.60 manat, 26 mart 2021-ci il tarixli 22416631 nömrəli müqavilə ürzə 1060.10 manat, 26 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 2846.40 manat olmaqla, ümumilikdə 4071.10 manat borcun və ödənilmiş 59 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-411/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-411/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver