Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-412/2023 11.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 500 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, o, bina evində yaşadığı üçün evini satıb həyət evi almaq qərarına gəlmişdir. Gəncə şəhərində Qızılgül şadlıq sarayının yanında yerləşən elanı görüb evi bəyənmiş, sonra isə evin sahibi Cavabdehla danışıb evin 52000 manata satılmasına razılığa gəlmişlər. Həmin vaxt orada Tofiqə 500 manat beh vermişdir. 01 mart 2021-ci ildə cavabdeh ona zəng edərək pula ehtiyacı olduğunu, evi ona satacağını, 3 ay müddətində onu gözləcəyini bildirmiş və əlavə olaraq ondan 1500 manat borc pul almışdır. O, ümumilikdə cavabdehə 2000 manat məbləğində pul vermişdir. Hər dəfə cavabdehlə əlaqə saxladıqda torpağın və evin sənədini hazırladığını bəhanə edərək onu aldatmışdır. Bundan sonra o, 15 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin 102 qaynar xəttinə zəng edərək şikayətini bildirmişdir. Şikayəti əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin təhqiqatçısı polis kapitanı X2 tərəfindən araşdıma aparılmış, təhqiqat zamanı cavabdeh ona 1400 manat, sonradan isə 100 manat pulu geri qaytarmışdır. 22 noyabr 2021-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hal-hazıradək cavabdeh qalan 500 manatı geri qaytarmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəılməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili X3 Rayon X4 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 22 noyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı yaşayış evi almaq məqsədi ilə Gəncə şəhəri Qızılgül saşdlqı sarayının yaxınlığında beh olaraq Tofiq adlı şəxsə 09 yanvar 2021-ci il tarixdə 500 manat, 01 mart 2021-ci il tarixdə 1500 manat olmaqla, ümumilikdə 2000 manat pul versə də, Tofiq adlı şəxs evi başqa şəxsə satmış, daha sonra beh olaraq götürdüyü puldan 1400 manatını geri qaytarsa da, 600 manat pulu geri qaytarmamışdır. Material üzrə araşdırma aparılan zaman Cavabdeh izhataında Şövkət adlı qadınla evi ondan 52000 manata satın alması barədə razılığa gəldiklərini, 09 yanvar 2021-ci ildə Şövkətin ona 500 manat beh verdiyini və evin satın alması üçün onu 2 ay gözləməsini xahiş etdiyini, 2 ay gözlədikdən sonra Şövkətə pula ehtiyacının olduğunu və evi satın almasını bildirdikdə Şövkətin ona 1500 manat pul verərək 1 ay da gözləməsini xahiş etdiyini, o, da Şövkəti 2021-ci ilin axırına kimi gözlədiyini, lakin verilən müddət gəlib keçdiyi üçün evi başqa şəxsə satdığını, Şövkətdən beh olaraq aldığı 2000 manat pul vəsaitindən 1400 manat, daha sonra 100 manat olmaqla, cəmi 1500 manatı geri qaytardığını bildirmişdir. İddiaçı qarşı Cavabdeh tərəfindən dələduzluq edilməsi faktı öz təsdiqini tapmadığıə üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülkü tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququbub olması izah edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı bina evində yaşadığı üçün evini satıb həyət evi almaq qərarına gəlmişdir. Gəncə şəhərində Qızılgül şadlqı sarayının yanında yerləşən elanı görüb evi bəyənmiş, sonra isə ev sahibi Cavabdeh ilə danışıb evin 52000 manata satılmasına razılığa gəlmişlər. 09 yanvar 2021-ci il tarixdə Qızılgül şadlqı sarayının yanında Cavabdeh beh olaraq 500 manat məbələğində pul vermiş və 2 ay gözləməsini xahiş etmişdir. 2 ay gözlədikdən sonra Cavabdeh İddiaçı pula ehtiyacının olduğunu və evi satın almasını bildirdikdə iddiaçı 01 mart 2021-ci il tarixdə cavabdehə 1500 manat pul verərək 1 ay da gözləməsini xahiş etmişdir. Cavabdeh iddiaçını 2021-ci ilin axırına kimi gözləmiş, lakin verilən müddət gəlib keçdiyi üçün cavabdeh evi başqa şəxsə satmışdır. Cavabdeh İddiaçı beh aldığı 2000 manat pul məbləğində əvvəl 1400 manat, sonra isə 100 manat olmaqla, cəmi 1500 manat məbləği geri qaytarmışdır. Cavabdeh beh olaraq verilmiş 500 manat məbləği qaytarmadığı üçün iddiaçı 15 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayət etmiş, iddiaçının şikayəti əsasında Gəncə şəhəri Nizami rayon X4 Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən araşdırma aparılmış, aparılmış araşdırma zamanı qeyd edilən fakt öz təsdiqini tapmış, Cavabdeh əməlində dələduzluq olmadığı üçün 22 noyabr 2021-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 225.6-cı maddəsinə görə, Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş üzrə göründüyü kimi, İddiaçı Cavabdeh ev almaq üçün beh olaraq 09 yanvar 2021-ci il tarixdə 500 manat, 01 mart 2021-ci il tarixdə 1500 manat olmaqla, ümumilikdə 2000 manat pul vermişdir. Tərəflər arasında beh müqaviləsi bağlansa da, müqavilə bağlanarkən Mülki Məcəllənin 491.2-ci maddəsində daşınmaz əmlakla bağlı beh müqaviləsinin notarial qaydada bağlanması ilə bağlı tələbə riayət edilməmişdir. Cavabdeh İddiaçı beh aldığı 2000 manat pul məbləğində əvvəl 1400 manat, sonra isə 100 manat olmaqla, cəmi 1500 manat məbləği geri qaytarmışdır. Cavabdeh beh olaraq verilmiş 500 manat məbləği qaytarmadığı üçün iddiaçı 15 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayət etmiş, iddiaçının şikayəti əsasında Gəncə şəhəri Nizami rayon X4 Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən araşdırma aparılmış, aparılmış araşdırma zamanı qeyd edilən fakt öz təsdiqini tapmış, Cavabdeh əməlində dələduzluq olmadığı üçün 22 noyabr 2021-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış beh müqaviləsi Məcəllənin müqavilənin notarial qaydada təsdiqlənməsi ilə bağlı tələbinə riayət edilmədiyindən etibarsız əqddir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə uyğun olaraq tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni 22 noyabr 2021-ci il tarixdən 1 ildən artıq müddət keçəndən sonra iddia qaldırmışdır. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Şərh edilən hüquq normalarına müvafiq olaraq, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmadığından və həmin hüququnu itirdiyindən və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallarda və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-412/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-412/2023
11.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver