Məhkəmə qərarları › İş №2(030)-415/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-415/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-415/2023 19.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Lenovo İdeapad 5” markalı komputer, “Philips mouse” markalı aksesuar və “Lenovo casual bag” markalı aksesuar üçün 2005 manat və 28 may 2021-ci il tarixli 23103823 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 976.40 manat borc və ödənilmiş 42.65 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 16 iyun 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 121.93 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Lenovo İdeapad 5” markalı komputer,“Philips mouse” markalı aksesuar və “Lenovo casual bag” markalı aksesuarı 2311.90 manata satın almışdır. 28 may 2021-ci il tarixli 23103823 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 64.70 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı saatı 976.40 manata satın almışdır. Cavabdehin MMC-yə 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 1822.70 manat ödənilməmiş hissə, 182.30 manat cərimə borcu və 28 may 2021-ci il tarixli 23103823 nömrəli “Müqavilə” üzrə 236.40 manat ödənilməmiş hissə və 23.60 manat cərimə borcu olmaqla, ümumilikdə 2265 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 121.93 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 2311.90 manat olan 1 ədəd “Lenovo İdeapad 5” markalı komputer, “Philips mouse” markalı aksesuar və “Lenovo casual bag” markalı aksesuarı satın almış və 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Lenovo İdeapad 5 15ARE05 (81YQ00GLRK)”, “Philips mouse M374 Wireless” markalı aksesuar və “Lenovo casual bag toploader T210 15^6 Black” markalı aksesuarı Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 28 may 2021-ci il tarixli 23103823 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 28 may 2021-ci il tarixli 23103823 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 64.70 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 976.40 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 28 may 2021-ci il tarixli 23103823 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Watch3 45mm (SM-R840)” markalı saat Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 16 may 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Lenovo İdeapad 5” markalı komputer, “Philips mouse” markalı aksesuar və “Lenovo casual bag” markalı aksesuar üçün 1822.70 manat ödənilməmiş hissə və 182.30 manat cərimə borcu, 28 may 2021-ci il tarixli 23103823 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 236.40 manat ödənilməmiş hissə və 23.60 manat cərimə borcu olmaqla, ümumilikdə isə 2265 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 17 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 42.65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Lenovo İdeapad 5” markalı komputer, “Philips mouse” markalı aksesuar və “Lenovo casual bag” markalı aksesuarı 2311.90 manata və 28 may 2021-ci il tarixli 23103823 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı saatı 976.40 manata satın almışdır. Cavabdehin MMC-yə 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 1822.70 manat ödənilməmiş hissə və 182.30 manat cərimə borcu, 28 may 2021-ci il tarixli 23103823 nömrəli “Müqavilə” üzrə 236.40 manat ödənilməmiş hissə və 23.60 manat cərimə borcu olmaqla, ümumilikdə 1028 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 1229.20 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 182.30 manat məbləğində cərimə azaldılaraq 3 manat, 28 may 2021-ci il tarixli 23103823 nömrəli müqavilə üzrə hesablanmış 23.60 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 1825.70 və 28 may 2021-ci il tarixli 23103823 nömrəli müqavilə üzrə 238.40 manat, ümumilikdə 2064.10 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 42.65 manat məbləğində dövlət rüsumunun 39 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 1825.70 manat, 28 may 2021-ci il tarixli 23103823 nömrəli müqavilə üzrə 238.40 manat borcun və ödənilmiş 39 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar